Alimlər uşaqların nitq duyumunda beyinin hər iki yarımkürəsinin iştirak etdiyini müəyyənləşdiriblər

Alimlər uşaqların nitq duyumunda beyinin hər iki yarımkürəsinin iştirak etdiyini müəyyənləşdiriblərNitq duyumu zamanı beyin fəallığının müşahidə edilməsi göstərib ki, böyüklərdən fərqli olaraq uşaqlarda və yeniyetmələrdə hər iki yarımkürə iştirak edir. Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri - Vaşinqtonda Corctaun Universitetinin professoru Elissa Nyuportun sözlərinə görə, bu kəşf beyin travması keçirmiş uşaqlar üçün yaxşı yenilikdir. Beyinin hər iki yarımkürəsindən istifadə etməyin mümkünlüyü nəticəsində onlarda itirilmiş funksiya kompensasiya oluna bilər. Məsələn, əgər körpə dünyaya gələndən dərhal sonra beyinin sol yarısında insult keçiribsə, onda nitqin tanınmasında sağ yarımkürə iştirak edəcək.

Ənənəvi olaraq hesab edilir ki, beyinin sol və sağ yarımkürələri müxtəlif vəzifələrin yerinə yetirilməsində ixtisaslaşıb. Sağ yarımkürə riyaziyyata və məntiqi təfəkkürə, sol yarımkürə şifahi və yazılı nitqə, yaradıcı qabiliyyətə cavabdehdir. Bu ideyalar beyinin müxtəlif nahiyələrinin zədələnməsinin onun fəaliyyətinə necə təsir etdiyinə dair aparılan eksperiment və müşahidələrlə təsdiqlənir. Məsələn, beyinin Brok mərkəzi və Vernike sahəsi sıradan çıxarsa, insan aydın tərzdə danışmaqdan məhrum olar. Əvvəllər alimlər hesab edirdilər ki, beyin quruluşunun bu xüsusiyyəti unikaldır və insanın fərqləndirici xüsusiyyətidir. Lakin son illər neyrofizioloqların çoxsaylı sübutları bunun heç də belə olmadığını göstərdi. Məsələn, üç il əvvəl okeanoloqlar müəyyən ediblər ki, göy balinalar sağ istiqamətlidir. Habelə kenquruların çoxunda solaxaylıq var. Bundan başqa, 2016-cı ildə alman alimlərin apardıqları tədqiqatlar göstərib ki, hesablama prosesində beyinin hər iki yarımkürəsi iştirak edir.

Elissa Nyuport və onun həmkarlarının fikrincə, müəyyən vəziyyətlərdə beyin yarımkürələri bir-birinin funksiyalarını yerinə yetirə bilər.

Tədqiqatçılar həm yaşlı könüllülərdə, həm də 12-13 yaşlı yeniyetmələrdə və 4-11 yaş arasında uşaqlarda beyinin fəaliyyətini müqayisə ediblər. Alimlər uşaqlarda və böyüklərdə müxtəlif audioyazıların dinlənilməsi zamanı yarımkürələrin hansı nahiyələrinin fəallaşmasını funksional maqnit-rezonans tomoqrafiya vasitəsilə müşahidə ediblər. Audioyazıların bəzisi heyvanı təsvir edən qısa cümlələrdən, bir qismi həmin yazının sondan əvvələ səsləndirilməsindən, yerdə qalanı isə mənasız səslərdən ibarət olub.

Bütün bunları dinləyən könüllülər heyvanın təsviri reallıqla uzlaşdığı halda düyməni basmalı idilər. Bu zaman alimlər beyinin hər yarımkürəsində fəallığın şəklinin dəyişməsini izləməklə, onun nitqin tanınmasında oynadığı rolu anlamağa çalışıblar.

Nəticələr göstərib ki, ən balaca uşaqlarda sol yarımkürə nitq səslərinə daha tez reaksiya göstərib. Eyni zamanda, sağ yarımkürə nitq səslərinin tanınmasında fəal iştirak edib. Özü də bu vəzifənin yerinə yeridilməsində yaşı az olan təcrübə iştirakçılarında hər iki yarımkürənin fəallığı daha çox qeydə alınıb. On səkkiz yaşında və daha böyüklərdə bu proses müşahidə edilməyib, yəni nitqin tanınması üçün beyinin yalnız sol yarımkürəsi fəal olub.

Professor Elissa Nyuportun fikrincə, uşaq beyinində müvafiq "ikili" xarakter bu fikri söyləməyə əsas verir ki, doğularkən və ya həyatının ilk aylarında beyinin sağ və ya sol yarımkürəsi zədələnmiş uşaqlar danışmaq və ya düşünmək bacarığından məhrum olmurlar.

Alimlər yaxın gələcəkdə uşaq vaxtı müvafiq beyin zədəsi almış yaşlıların və yeniyetmələrin beyin fəaliyyətini izləməklə bu nəzəriyyəni yoxlamağı planlaşdırırlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3466   Tarix: 13 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021