Bu il balıq bazarında artım müşahidə edilir - SƏBƏB

Bu il balıq bazarında artım müşahidə edilir - SƏBƏBÖtən illərlə müqayisədə bu il balıq bazarında artım müşahidə edilir.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib. Onun sözlərinə görə pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin qaydalarına görə bu il qanunsuz balıq ovlamaq da məhdudlaşdırılıb: "Mart, aprel və may aylarında karantin olduğu üçün balıq ovuna da gedən olmadı. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qanunsuz balıq ovuna qarşı mübarizə tədbirlərini gücləndirib, qanunsuz balıq ovunun qarşısı demək olar ki, azalıb. Bu da balıqların sayının artmasına səbəb olub. Artıq sentyabrın 1-dən ölkədə balıq ovuna icazə verilib. Hazırda ölkə bazarlarına çıxarılan balıqların sayında artım var. Əsasən, bazara yerli məhsullar çıxarıldığından balığın qiyməti də ucuzlaşıb. Amma idxal olunan balıq və balıq məhsullarının qiymətində nisbətən bahalaşma var. Eyni zamanda, idxal olunan balıqların da həcmi çoxalıb. Hazırda çalışırıq ki, Azərbaycanda su hövzələrinin sayını artıraq ki, yerli balıqlara daha çox üstünlük verilsin".

Ə.Əliyev deyib ki, Azərbaycanın yerli məhsulu olan Azərbaycanın kütüm balığı Azərbaycandan başqa digər ölkələrdə baha satılır: "Kütüm yeganə balıq növüdür ki, yalnız Xəzər dənizində yaşayır. Son 2 ildə Azərbaycanın su hövzələrində balıq artımı müşahidə olunur. Hazırda su hövzələri də balıqların sayının artırılması ilə bağlı ciddi tədbirlər görülür. Qanunsuz balıq ovu üçün sintetik balıq torlarına ölkəyə idxalının da qarşısı alınıb. Artıq Xəzəryanı ölkələrin Balıqçılar Federasiyaslnı yaratmaq fikrindəyik. Bununla bağlı Xəzəryanı ölkələrin əlaqədar qurumları ilə danışıqlar aparılır. Məqsəd Xəzər dənizinin balıq növləri və digər canlıların qorunmasıdır".

İttifaq sədri bildirib ki, hazırda Xəzəryanı ölkələrdə balıqların qorunmasına nəzarət mexanizmi zəifdir: "Xüsusən, Rusiya tərəfdə, Dağıstan və Astarxanda bu məsələyə nəzarət zəifdir. Ona görə də birləşib federasiya yaratsaq, bu məsələyə nəzarət güclənər".

Ə.Əliyev qeyd edib ki, sovetlər dövründən sonra Azərbaycanda sənaye balıqçılığının inkişafı zəifləsə də, hazırda bu sahə öz inkişaf dövrünü yaşayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4254   Tarix: 13 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür - İranlı rəsmi

Azərbaycan və İran arasında ticarətin inkişaf etdirilməsi məqsədilə işlər görülür. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İran və Azərbaycan arasında bir çox sahələr üzrə əməkdaşlıq imkanı var. Hazırd

13 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021