Bu gündən məktəblərdə dərslər başlayır

Bu gündən məktəblərdə dərslər başlayırBu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır.

Sonxeber.az xəbər verir ki, təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.

Ümumi təhsil müəssisələrində əyani şəkildə Bilik günü keçirilməyəcək. Buna səbəb Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən, təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməməsidir. Bilik günü onlayn qaydada baş tutacaq: "Təhsil Nazirliyinin rəhbər işçiləri, təhsilverənlər və ekspertlər qoşularaq qısa təbriklərini çatdıracaqlar.

Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib.

Məlumat üçün bildirək ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir. Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132 734, XI sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3 319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində 1 216 96 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

Bundan başqa, yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. İlk dərslər I- IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm?", V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir", X-XI siniflərdə (distant (məsafədən) formada) "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzularına həsr olunacaq.

Eyni zamanda tədris ilinin ilk günündə Bakı və digər şəhər və rayonlarda yeni inşa olunmuş 8 məktəb istifadəyə veriləcək. Həmçinin beş gimnaziya və məktəb əsaslı təmir olunub, bu tədris ilindən etibarən şagirdlərin istifadəsinə veriləcək. Bundan əlavə, 14 rayonda daha 34 modul tipli məktəbdə şagirdlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Qərbi azərbaycanlılar ümidlə o günü gözləyirlər: həsrətə nə vaxt son qoyulacaq? - VİDEO

Göyçə mahalının Basarkeçər rayonunun 37 kəndindən biri olan Qaraqoyunlu kəndi. 1988-ci ildə ardı-arası kəsilməyən daşnak terror qrupları təzyiqlərə məruz qalan kəndin əhalisi Azərbaycanın yaratdığı reallıq sayəsində ömürlərinin qalanını öz yurdlarında firavan yaşayacaqlarına əmindirlər. xəbər verir ki

29 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

"Seyran Ohanyan həbs olunmalı və layiq olduğu cəzanı almalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki

29 mart
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

29 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart