XİN erməni nazirə cavab VERDİ

XİN erməni nazirə cavab VERDİ"Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir".

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.

"Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın xarici işlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.

Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik", XİN-dən bildirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1084   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistan Azərbaycanla şərti sərhədə yeni hərbi qüvvələr yığır - VİDEO

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparırlar. "Caliber" müvafiq video görüntüləri təqdim edib. Bildirilib ki, baş verənlər Ermənista

4 aprel
.

Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək. Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb

9 aprel
.

Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

8 aprel
.

İlham Əliyev Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

"Ermənistan 30 il ərzində Azərbyacanın böyük bir ərazisini dünyanın ən çirkli mina zonası halına gətirib" - Politoloq

Uzun illərdir işğal altında saxlanılan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb. Mina terroru davam etdiyi halda Azərbaycan və Ermənistan arasında sül

5 aprel
.

Paşinyan: "Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir"

"Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir". Ermənistan mətbuatı yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənista

5 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel