"Ermənistanın Azərbaycana qarşı aparılan informasiya müharibəsi son zamanlar daha da aktivləşib" - AÇIQLAMA

"Ermənistanın Azərbaycana qarşı aparılan informasiya müharibəsi son zamanlar daha da aktivləşib" - AÇIQLAMA"Ermənistan təkcə hərbi müstəvidə deyil, eyni zamanda informasiya müstəvisində də ölkəmizə qarşı təxribatlar törətməkdədir".

Bu fikirləri "MediaPost"a açıqlamasında millət vəkili Elşad Mirbəşir deyib. O bildirib ki, işğalçı Ermənistan ilə ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarını ortaya qoyduqları vaxtda qeyri-dəqiq, heç bir əsasa malik olmayan informasiyaları da beynəlxalq müstəvidə ictimailəşdirməyə başlamışdılar: "Bu baxımdan düşünürəm ki, Ermənistanın, ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrində yaşayan ermənilərin informasiya məkanında Azərbaycana qarşı təxribatlarına heyrətlənmək lazım deyil. Sadəcə biz də onlara adekvat cavab verməliyik. Bu günün mənzərəsi ondan ibarətdir ki, Azərbaycan da beynəlxalq informasiya məkanında həqiqətləri əsaslandıra bilir, mövqeyini müdafiə edə bilir. Yəni artıq əvvəlki vaxtlar deyil".

Deputat əlavə edib ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisə olunmayacaq qədər güclüdür:

"Bunu təkcə biz demirik. Bilirsiniz ki, beynəlxalq reytinq cədvəlinə görə də, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Ermənistanın son dövrlərdə törətmiş olduğu hərbi təxribatlara verilən cavab da onu göstərir ki, Azərbaycanın müdafiə sistemi güclüdür. Belə olan halda, Ermənistan təbii ki, informasiya silahına əl atmalı olur. Azərbaycan ordusu, xalqımız, dəyərlərimiz haqda reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Ermənistanın informasiya müharibəsi cəbhəsində aktiv olmasına baxmayaraq, bu, əvvəlki illərdəki qədər effektiv olmur. Çünki biz bunların qarşısını almaq iqtidarındayıq. Azərbaycan artıq kifayət qədər səmərəli informasiya təhlükəsizliyi siyasətini həyata keçirə bilir. Artıq erməni yalanları dünya ictimaiyyəti tərəfindən həzm oluna bilmir. Nümunə olaraq, iyul ayında Tovuz istiqamətində növbəti erməni təxribatlarının qarşısı ordumuz tərəfində inamla alındıqdan sonra ermənilər adəti üzrə dezinformasiya tirajlamağa başladılar. Amma Azərbaycan tərəfi bunun qarşısını inamla aldı. Dünya ictimaiyyətinə çatdırıldı ki, təxribatlar məhz işğalçi ermənilər tərəfindən törədilib. Biz ciddi arqumentlərlə bu addımları əsaslandıra bildik. Və bu dəfə Ermənistanın dezinformasiya maşını işləyə bilmədi. Müharibə təkcə, düşmənlə üz-üzə olaraq cəbhədə deyil. Eyni zamanda informasiya səngərində də getməkdədir. Biz təkcə qoşunların təmas xəttində deyil, eyni zamanda beynəlxalq informasiya məkanında potensialımızı gücləndirərək ermənilərin dünya ictimaiyyətini yanlış informasiya ilə çaşdırma cəhdlərinin qarşısını almaqdayıq. Hesab edirəm ki, hər iki cəbhədə Azərbaycanın formalaşdırmış olduğu yüksək potensial bütövlükdə maraqlarımızı müdafiə etməyə imkan verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 994   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021