"Ordu haqqında dezinformasiya yayanları cəzalandırmaq lazımdır" – Deputatdan TƏKLİF

"Ordu haqqında dezinformasiya yayanları cəzalandırmaq lazımdır" – Deputatdan TƏKLİF"Bu ünsürlər xalq ilə ordu arasında inamsızlıq yaratmaq məqsədi güdürlər".
Bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, müharibənin qaçılmaz olduğu indiki vaxtda ordu haqqında böhtan xarakterli məlumatlar paylaşmaq yalnız Ermənistana xidmət etməkdir:
"Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar, Rusiyanın davamlı olaraq Ermənistanı silahlandırması müharibəni qaçılmaz edir. Əlbəttə ki,ədalətli tərəf Azərbaycandır. Bu gün ordumuz bütün parametrlərdə Ermənistandan üstündür. Ən böyük təhlükə işğal olunmuş torpaqlarımızı azad etdiyimiz vaxt Rusiyanın mövqeyidir. Rusiya yenə də 1990-cı illərin əvvəllərindəki kimihərbi texnikasını, canlı qüvvəsini cəbhəyə göndərəcəksə, bu, təbii ki, bizim üçün çətinlik yarada bilər. Lakin buna baxmayaraq, müharibə qaçılmazdır. Müharibə dövründə qarşı tərəfi zəiflətmək, dezinformasiya yaymaq müharibənin əsas şərtləridir. Ona görə də bu gün antiazərbaycan qüvvələr orduya qarşı qarayaxma kampaniyası aparırlar. Antimilli qüvvələr böhtan xarakterli məlumatlarla, hərbçilərimizin üzərinə getməklə, Müdafiə Nazirliyini və ümumilikdə ordu rəhbərliyini hədəf götürməklə cəmiyyətdə orduya olan etimadı zəiflətmək istəyirlər. Bu ünsürlər xalq ilə ordu arasında inamsızlıq yaratmaq məqsədi güdürlər. Ordu haqqında dezinformasiya yaymaq Ermənistana xidmət etməkdir. Bunun başqa adı yoxdur. Ona görə də bunlara qarşı hüquq-mühafizə orqanları qətiyyətli addımlar atmalıdır".
Deputatın fikrincə, indi bizim Ermənistana qarşı aparmış olduğumuz müharibənin müstəvisi sosial şəbəkələr, informasiya resurslarıdır:
"İnformasiya resurslarında həmin qüvvələrə qarşı sərt mövqeyimizi ifadə etməliyik. Həm hüquq-mühafizə orqanları, həm də media təmsilçiləri və sosial şəbəkə istifadəçiləri ilə öz münasibətimizi bildirməliyik. Hər birimiz qətiyyətli yanaşmamızı ortaya qoyub iradəmizi bir yerdə cəmləşdirərək o cür insanlara qarşı mübarizəmizi genişləndirməliyik. Düşünürəm ki, sosial şəbəkələrdə gedən bu tip yazıların müəllifləri müəyyənləşdirilməli və onlar ciddi şəkildə, Azərbaycan qanunları çərçivəsində cəzalandırılmalıdırlar. Onların sosial şəbəkə və media fəaliyyətinə son qoyulmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1133   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel