Ordumuza qarşı şər-böhtan atanlar mütləq cəzalanmalıdır - DEPUTAT

Ordumuza qarşı şər-böhtan atanlar mütləq cəzalanmalıdır - DEPUTATBu gün sosial şəbəkələrdə ordu rəhbərliyinə və silahlı qüvvələrə qarşı qarayaxma kampaniyaları artıb. Bu kampaniyaların əsas məqsədi əsgərlərimizdə və gənclərimiz döyüş əzmini zəyiflətməkdir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, ermənilər tək cəbhədə deyil, həm də sosial şəbəkələrdə ölkəmizə, ordumuza qarşı təxribatlar törədir, qarayaxma kampaniyaları aparırlar:

"Məqsəd də ordumuzda və gənclərimizdə ruh düşkünlüyü yaratmaqdır. Bu işdə onlara ölkə daxilində olan 5-ci kalonun üzvləri yaxından kömək edirlər.
Bu gün 5-ci kalonun üzvlərini nə ordumuz, nə də dövlətimizin müstəqilliyi maraqlı deyil. Onları ancaq öz mənfəəti və müxtəlif yollarla daha çox pul qazanmaq maraqlıdır. Bu gün bizim gənclərimizdə olan vətənpərvərlik və ruh yüksəkliyi erməniləri qorxuya salır.
Ona görə də onlar müxtəlif yalanlarla ordu rəhbərliyinə və ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar. Bu şər-böhtan dolu yalanlar Tovuz döyüşləri zamanı gənclərimiz keçirdiyi Qarabağ yürüşündən sonra daha da artdı.

Gənclərimizdəki döyüş həvəsi, torpaqlarımızı işğaldan azad etmə arzusu düşmən ölkənin hər an qorxu içində yaşamasına səbəb olur. Ona görə də onlar müxtəlif yollarla ordumuzu gözdən salmağa və gənclərimizdə döyüş arzusunu öldürməyə çalışırlar.

Amma onlar unudurlar ki, Azərbaycan dövləti qəhrəmanlar ölkəsidir. Yalanlar, şər-böhtanlar heç vaxt ordumuzdakı döyüş əzmini azalda bilməz. Vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır. Unutmamalıdır ki, Azərbaycan dilini təmiz bilən çoxlu ermənilər var. Onlar azərbaycanlı profilləri ilə sosial şəbəkələrdə ordu rəhbərliyinə, silahlı qüvvələrimizə və dövlətimizə qarşı əsası olmayan, yalnız şər-böhtandan ibarət olan fikirlər yaymağa çalışırlar. Hesab edirəm ki, bu məsələdə hər birimiz diqqətli, olmalı bu cür təxribatlara uymamalı, ordumuza bu cür qarayaxma kampaniyaları aparanlara qarşı birgə mübarizə aparmalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1223   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel