Oğul anası ilə birgə atasını öldürüb quyuda basdırdı — Xaçmazdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRÜATI

Oğul anası ilə birgə atasını öldürüb quyuda basdırdı — Xaçmazdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRÜATIXaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən Şamama Seyidova və oğlu Əmir Seyidovun cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İtkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib. Hadisənin üstü mərhumun qardaşlarının itkin düşməsi ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.

İş üzrə dindirilən Şamama Seyidova bildirib ki, Bünyat Seyidovla birgə nigahlarından 4 uşaqları var və onlardan ikisi azyaşlıdı. 2012-ci ilin yayında əri Dağıstandan qayıtdıqdan sonra sonuncu ilə münasibəti pisləşib. Bünyat içki icərək onu və uşaqlarını döyüb. Münasibətlərinin pisləşməsinə ərinin qohumları səbəb olub. Onlar Şamamanı ərinə xəyanət etməkdə günahlandırıblar. Elə bu səbəbdəndə evlərində daim söz-söhbət olub.

Hadisə baş verən günü Bünyat evdə aynabənddə döşəmədə uzanaraq yatıb. Saat 15:00 radələrində Şamama küçədə gizlənən oğlu Əmiri həyətə çağıraraq qorxmamasını və artıq atasının yatdığını söyləyib. Oğluna deyib ki, aynabənddəki tüfəngi götürüb atasına atəş açıb öldürsün. Bununlada özləri öz həyatlarını normal davam etdirsinlər. Mərhumunda meyitini həyətdəki quyuda basdıraraq qohumlara atasının güya sənədlərini götürüb işləmək üçün rusiyaya getdiyini deylərlər.

Oğlunu inandırdıqdan sonra Əmirlə birlikdə evə daxil olublar. Əmir sobanın yanında olan tüfəngi götürərək bir metr məsafədən atasına atəş açıb. Atasının başından açılan qan otağın divarına yayılıb. Səsə həyətdə oynayan azyaşlı qızı və oğlu evə gələrək atalarının qana bulaşmış vəziyyətdə yerdə görüblər. Əmir isə atəşdən sonra qorxub həyətə çıxaraq tövlədə gizlənib və atasının hələdə ölmədiyini düşünüb.

Təxminən 1 saat sonra uşaqlarla birgə metiyi həyətə çıxarıb quyunun içinə atıblar. Sonra isə yoldaşına məxsus bütün paltarları ora tullayıb üstünə torpaq töküblər. Axşam isə ərinin pasportunu sobaya atıb yandırıb ki, heç kimin əlinə keçməsin.
Uşaqlarına deyib ki, Bünyatı soruşan olsa desinlər ki, ataları işləməyə gedib.
Digər təqsirləndirilən Əmir Seyidov ifadəsində hər şeyi olduğu kimi etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şamama Seyidova və Əmir Seyidovun cinayət əməlləri tam sübuta yetirilib.

Məhkəmə kollegiyasının hökmünə əsasən görə, Şamama Seyidova 15 il, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4544   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel