"Ordu-xalq arasındakı bağı dezinformasiyalar ilə qırmaq istəyirlər"

"Ordu-xalq arasındakı bağı dezinformasiyalar ilə qırmaq istəyirlər""Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması mümkün olmadığı təqdirdə, münaqişənin müharibə yolu ilə həlli qaçılmazdır. Belə olan halda, hər birimiz həmrəy olmalıyıq".

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədr müavini, Qarabağ müharibəsinin veteranı Məhərrəm İsmayılov deyib.

Onun sözlərinə görə, hər bir azərbaycanlı son damla qanına kimi Azərbaycan Ordusunun yanındadır:

"Heç vaxt müharibə ilə alınan torpaqlar sülh yolu ilə qaytarılmayıb. Ona görə də biz bütün imkanlarımızla səfərbər olmalıyıq. Əminəm ki, müharibə başlayarsa, hər bir azərbaycanlı hərbçisinin ön cəbhədə çətinlik çəkməməsi üçün öz gücünü, dəstəyini göstərəcək. Eyni zamanda, ordumuzla bağlı yaradılan hansısa qarayaxma kampaniyasının iştirakçısı olanlara, ermənilərə dəstək verənlərə, Xocalı soyqırımını, bir milyondan artıq qaçqınını və məcburi köçkününü unudanlara qarşı birgə mübarizə aparmaq lazımdır. Belə bir vaxtda məqsədyönlü şəkildə ordu rəhbərliyi hədəf götürülür. Antimilli qüvvələr orduya olan inamı sarsıtmaq, cəmiyyətdə yaranmış ruh yüksəkliyini azaltmaq istəyirlər. Biz buna imkan verməməliyik".

M. İsmayılovun fikrincə, torpaqlarımız ən qısa vaxtda qaytarılacaq:

"Bu gün ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmir. 30 ildir həmsədr dövlətlər eyni mövqe sərgiləyərək, işğalçı Ermənistanı dəstəkləyirlər. Buna görə də mən münaqişənin həllini yalnız müharibədə görürəm. Bu gün cəmiyyət Ali Baş Komandanın ətrafında sıx birləşib, ona inanır. Lakin bəzi qüvvələr bu münasibəti dəyişmək istəyirlər. Ona görə də ordu-xalq arasındakı bağı dezinformasiyalar, böhtanlarla qırmaq istəyirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1830   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel