Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin "qapazaltısı" "təyin edildi"

Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin "qapazaltısı" "təyin edildi"2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun işi yekunlaşmaq üzrədir. Hərbi fiaskonun əsas "qəhrəmanı" roluna böyük ehtimalla, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov təyin olunacaq.

"MediaPost" xəbər verir ki, 2016-cı ilin aprel ayında baş vermiş silahlı toqquşmaların səbəblərini araşdıran istintaq qrupu öz bir illik fəaliyyətinin və tədqiqatların nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Komissiya üzvlərinin rəyinə görə, aparılmış tədqiqatların nəticələrinə əsasən, bir sıra cinayət işlərinin qaldırılacağı istisna edilmir. Ermənistan xəbər agentliklərinin məlumatına görə, cinayət işi ilk növbədə, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturova qarşı qaldırılacaq.

İstintaq qrupunun müəyyən etdiyi nəticələrdən biri də odur ki, həmin ərəfədə Moskvada keçirilmiş danışıqlar nəticəsində dörd günlük silahlı toqquşmanın dayandırılması üçün atəşkəs elan edilməsi haqqında yazılı sənəd və ya protokol aşkar edilməyib.

Xaçaturova sıralanan digər cinayət onun Ermənistana qayıtmasından sonra ali baş komandanlarına razılaşdırılmış sazişin nəticələrini məruzə etməməsi və bu haqda rəsmi protokolun təqdim olunmamasıdır.

Görünür, dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ almış Nikol Paşinyanın "qara siyahısına" düşmüş erməni general məhz hakimiyyət uğrunda aparılan siyasi repressiyaların növbəti qurbanıdır. Ən gülməlisi isə odur ki, Xaçaturova qarşı səsləndirilən ittihamın formulirovkası belədir: Sən kiminlə və nə haqda razılıq əldə etmisən?

Gülməlidir, deyilmi? İstənilən dövlətin silahlı qüvvələrinin vəzifəcə ikinci adamının guya dövlət rəhbərliyinin xəbəri olmadan hansısa addım atması təbii ki, ağlasığmazdır və belə hal mümkün deyil.

Bizdən isə işğalçı ölkəyə həmişəki kimi məsləhət: heyvanlar aləmi haqqında televiziya verilişlərinə tez-tez baxın ki, təbiətin əsas qanunu olan "təbii sağqalma" instinktlərinin tələblərini biləsiniz. Çünki Ermənistanda hazırda baş verən siyasi proseslərin gedişatı da hakimiyyətdə ən güclü olanların qalacağını ehtimal etməyə əsas verir.

Erməni siyasətçilər isə hakimiyyətdə qalmaq üçün hər yola əl atırlar, yalan, alçaqlıq, satqınlıq kimi hallar onlar üçün adi məsələlərdir.
Xatırladaq ki, "MediaPost"un 15 sentyabr tarixində verdiyi "Ermənistan siyasətçiləri bir-birlərinin yalanlarını ifşa edirlər" başlıqlı yazıda 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun sədri, "Mənim addımım" blokunun təmsilçi deputatı Andranik Köçəryanın Ermənistanda fəaliyyət göstərən radiostansiyalardan birinə verdiyi müsahibə zamanı Ermənistanın maraqlarına cavab verməyən fikirlər səsləndirməsinin işğalçı ölkədə növbəti qalmaqala səbəb olduğu barədə məlumat verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1361   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel