Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...

Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətin ("Rospotrebnadzor") rəhbəri Anna Popova Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxışı zamanı bildirib ki, rus mütəxəssislərinin müşahidələri yeni növ koronavirus infeksiyasına yoluxan insanın 48 günə qədər virusu ötürməyə davam etdiyini təsdiqləyib.

Sonxeber.az xəbər verir ki, xarici mütəxəssislər virusun 90 günə qədər davam edə biləcəyini söyləyirlər. Səthlərdə isə sərbəst buraxılan virusun 48 saata qədər "yaşaya" bildiyi məlumdur.

Bəs bu niyə baş verir və koronavirusdan sağalan insanların xəstəliyi yoluxdurma təhlükəsindən qorxmaq lazımdırmı?

Rusiyalı tibb elmləri doktoru, alim, tanınmış virusoloq Aleksandr Lukaşev bu suallara cavab verib.

"Əksər hallarda virusun aşkar edildiyi bildirildikdə bu, virusun nuklein turşusunun olduğu deməkdir. Bu, virusun canlı olması demək deyil. Məsələn, virusun nüklein turşusu tozda, havada, kran suyunda tapıla bilər. İndiyə qədər deyək ki, daimi buzlaqlarda mamont nuklein turşusu tapa bilərsiniz, bu, mamontun indi oradan çıxacağı anlamına gəlmir", - mütəxəssis açıqlamasında qeyd edib.

Lukaşev virusun canlı olmasına baxmayaraq, bir insanın yoluxması üçün 1, ya da 10 deyil, 100 və ya daha çox, bəzən 10 minə qədər virusa ehtiyac olduğunu söyləyib:

"Odur ki, canlı virus bir yerdə qalsa da, onun miqdarına baxmaq lazımdır. Bir çox halda virusun yoluxuculuğunu davam etdirməsi yalnız nəzəri cəhətdən təhlükə yarada bilər. Yəni bir insan virusu ötürə bilər, hətta bu virus canlı ola bilər, ancaq belə bir insan epidemioloji təhlükəni təmsil etmir".

O əlavə edib ki, iki PCR testindən keçən və cavabı neqativ çıxan insan koronavirusdan sağalmış sayılır və xəstəxanadan buraxılır: "Mənfi test nəticəsi virusun, hətta heç bir hissəciyinin bədəndə qalmadığını göstərir. Epidemioloji baxımdan virusun asimptomatik yayılması böyük problemdir, lakin bu, əhalinin əhəmiyyətli hissəsinin onsuz da koronavirusa qarşı antikorlara sahib olmasını göstərir. Bu o deməkdir ki, COVID-19 heç bir simptom göstərmədən dövriyyəyə girə bilər"./Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1652   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021