Parlamentin İntizam komissiyasının üzvlərinin hüquq və vəzifələri müəyyənləşdi

Parlamentin İntizam komissiyasının üzvlərinin hüquq və vəzifələri müəyyənləşdiMilli Məclisin İntizam komissiyasının üzvlərinin hüquq və vəzifələri məlum olub.

Sonxeber.az xəbər verir ki, bu barədə İntizam komissiyasının Əsasnamə layihəsində qeyd edilib.

Layihədə qeyd edilib ki, İntizam komissiyasının üzvlərinin aşağıdakı hüquqları var:

- Daxil olan müraciətlər və təqdimatlar, habelə aşkan olunan məlumatlar haqqında dərhal məlumatlandırılmaq;

- İntizam komissiyasının iclasının günü və saatı barədə vaxtında xəbərdar edilmək;

- İntizam komissiyasının iclasında səsvermədə iştirak etmək;

- Müvafiq sahədə "Milli Məclisin deputatının statusu haqqında", "Milli Məclis deputatının etik davranış qaydaları haqqında", Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər hüquqları həyata keçirmək;

İntizam komissiyasının üzvlərinin aşağıdakı vəzifələri var:

- Konstitusiya və qanunları rəhbər tutmaq;

- İntizam komissiyasının iclaslarında və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclaslarında iştirak etmək;

- İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu barədə dərhal komissiyaya məlumat vermək, komissiyanın müvafiq qərarı olduğu halda həmin məsələ ilə əlaqədar keçirilən iclasda iştirak etməmək;

- Müvafiq sahədə "Milli Məclisin deputatının statusu haqqında", "Milli Məclis deputatının etik davranış qaydaları haqqında", Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 558   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib

Barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub.. . Sonxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.. . Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:. . - İntizam komissiyasının çağırışı ilə gəlmək;

16 sentyabr

Əli Əhmədov Tofiq Yaqubludan yazdı

"Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru" vasitəsilə çıxmağa çalışır".. . Sonxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.. . Ə.Əhmədov özünün sosia

16 sentyabr

Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin "qapazaltısı" "təyin edildi"

2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun işi yekunlaşmaq üzrədir. Hərbi fiaskonun əsas "qəhrəmanı" roluna böyük ehtimalla, Ermənistan silahlı qüvvələrinin sabi

16 sentyabr

Prezident Vaqif Axundovla bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Vaqif Axundovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.. . Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov "Şöhrət" ordeni ilə təltif edilsin

16 sentyabr

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. . . Bununla bağlı AZƏRTAC məlumat yayıb. . . Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobi

16 sentyabr

Türkiyə- Rusiya arasında KRİTİK GÖRÜŞ keçiriləcək

Bu gün Türkiyə və Rusiya arasında keçiriləcək görüş barəsində Türkiyə Müdafiə Naziriliyi məlumat yayıb. . . Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə və Rusiya hərbi heyətləri bu gün İdlibdəki inkişafları və sahədəki son vəziyyəti müzakirə etmək üçün Milli Müdafiə Nazirliyində toplant

16 sentyabr

Ali Məhkəmədə işçi qrupu yaradıldı – SƏBƏB

Ali Məhkəmədə işçi qrupu yaradılıb.. . Sonxeber.az xəbər verir ki, oxu.az-ın Ali Məhkəmədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, işçi qrupu Ali Məhkəmənin fəaliyyətinin səmərəliliyinin artırılmasını, qurumda informasiya texnologiyalarının daha geniş tətbiq edilməsini, bu sahədə strateji inkişafı

16 sentyabr

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibinin adı məlum olub

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına yeni katib seçilib.. . Sonxeber.az-ın əldə etdiyi məlumata görə, Komissiyanın bu gün keçirilən ilk iclasında bu vəzifə Ramin Vəlizadəyə həvalə olunub.. . O, bu təyinatadək Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində çalışıb.

15 sentyabr

Baş prokuror və deputat yeni vəzifəyə seçilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın bu gün keçirilən iclasında korrupsiya sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib. . . Sonxeber.az-ın məlumatına görə, Komissiyanın qərarı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiy

15 sentyabr