Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlər

Ağcabədi sakinləri icra hakimiyyətindən şikayət edirlərAğcabədi rayonu Boyat kənd sakinləri əkin sahələri ilə bağlı şikayət edirlər.

Sonxeber.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən Boyat kənd sakini Mübariz Əhmədov məlumat verib. O deyir ki, Boyat kənd bələdiyyəsinin ehtiyat fondundan sakinlərə əkin üçün torpaq ayrılmalıdır, amma bizə düşən pay verilmir:

"Bələdiyyənin ehtiyat fondunda isə 52 hektara yaxın torpaq sahəsi var. Bələdiyyə həmin ehtiyat fondunun torpaqlarını öz yaxın adamlarına, qohumlarına verir. Biz müraciət edirik, müraciətimizə baxmırlar. Keçmiş bələdiyyə sədri olan Təvəkkül Hüseynova, indiki bələdiyyə sədri Mütəllim müəllimə müraciət etmişik. Dəfələrlə müraciət etsəm də, gözlə deyə-deyə dörd ildir bu məsələni həll etmirlər. Özümün 30 sot pay torpağım var, amma bu məni qane etmir. Əziyyətlə iki oğul böyüdürəm. Ailəmi dolandıra bilmirəm. Özüm Qarabağ uğrunda döyüşlərdə iştirak etmişəm, sağlamlığımı itirmişəm. Xahiş edirəm bu məsələnin həllinə kömək edəsiniz".

M.Əhmədov deyir ki, bələdiyyənin ehtiyat fondunda olan 52 hektar torpaq sahəsindən bizə də pay ayırsınlar:

"Mən demirəm bütün torpaqları mənə versinlər. O torpaqdan bir hektar, iki hektar nə qədər mümkündürsə bizə versinlər, əkib-becərək. Ailəmizi dolandıraq. Ölkəmizə nə faydalıdırsa, onu əkərik. Boyat kəndində yerləşən bələdiyyə torpağında ferma açıblar. Biz sakinlərin müraciətinə isə baxan yoxdur. Sonuncu müraciətimizdən 4-5 ay keçib. Bizə hədə-qorxu gəldilər. Dedilər ki, gedin öz işinizlə məşğul olun".

Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quluyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu müraciət araşdırılır.

Təvəkkül Hüseynovla danışmaq istədiyimizi desək də, M.Quluyev onun insult keçirtdiyini dedi.

Sakinin iddialarına cavab verən M.Quluyev deyir ki, vətəndaşların pay torpaqları var:

"Onların əkin üçün pay torpaqları var. Sadəcə olaraq bələdiyyədən əlavə torpaq iddiaları irəli sürürlər. Onların ərizəsi araşdırılır və özlərinə yekun nəticə barədə məlumat veriləcək. Biz kiminsə diqtəsi ilə işləmirik. Araşdırma gedir".

İcra Hakimiyyətinin nümayəndələrinin sakinlərə hədə-qorxu gəlməsi ilə bağlı iddialara isə M.Quluyev belə cavab verib:

"Sakinlər çox söz deyə bilər. Bu sadəcə şantajdı. Elə yanaşma ola bilməz".

Sonda M.Quliyev bu məsələ ilə bağlı daha ətraflı məlumatın İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayevdə olduğunu desə də, onunla əlaqə saxlamaq mümkün olmadı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 983   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel