"Azərbaycan və Türkiyə qırıcılarının Gəncə uçuşları nəinki Ermənistana bütün dünyaya ünvanlanmış siyasi mesajdır" - DEPUTAT

"Azərbaycan və Türkiyə qırıcılarının Gəncə uçuşları nəinki Ermənistana bütün dünyaya ünvanlanmış siyasi mesajdır" - DEPUTATBakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları iki qardaş ölkə arasında strateji müttəfiqliyinin növbəti parlaq təzahürü oldu. Eyni zamanda Azərbaycan və Türkiyə qırıcılarının Gəncə səmasında uçuşlarının müəyyən xarici dairələrin diqqətini cəlb etmək məqsədilə keçirilən təsirli hərbi-siyasi aksiya olması da şəksizdir.
Bakının azad olunması münasibətilə Azərbaycan-Türkiyə müttəfiqliyinin Gəncə mesaji, təbii ki, ilk növbədə Ermənistana ünvanlanıb. Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi təxribatlar və diversiya cəhdlərindən əl çəkməyən, Azərbaycanın işğal edilmiş ərazilərindən öz silahlı qüvvələrini çıxarmaq əvəzinə bizi yeni-yeni torpaqlarımızın zəbt edilməsi ilə hədələyən Ermənistan bir daha qarşısında güclü Azərbaycan və güclü Türkiyə qardaşlığının durmasına əmin oldu.

Lakin Azərbaycan və Türkiyə qırıcılarının Gəncə uçuşları Ermənistandan daha çox onun xarici havadarlarına ünvanlanan bir aksiya oldu. Həmin dairələrə bir daha nümayiş etdirildi ki, Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirən və Türkiyəyə qarşı ərazi iddialarla çıxış edən Ermənistanı öz siyasətindən dönməyəcəyi halda acınacaqlı aqibət gözləyir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, tarixin çətin məqamlarında hər iki xalqın müdrik siyasi xadim nümayəndələri bir-birinə sadiqlik nümayiş etdiriblər. Artıq bütün dünyaya bir daha məlum oldu ki, bu tarixi ifadə sadəcə sözdən ibarət olmayıb. İki dost və qardaş ölkə, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırıb. Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Məlum olduğu kimi, Türkiyə hazırda dünya siyasətində çox fəal və önəmli rol oynayır. Bu ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Qeyd edim ki, xüsusilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasından sonra ölkəmizin nüfuzu daha da artmışdır. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır.

Azərbaycan təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibidir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın regionun lider dövləti olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Bu baxımdan Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələri hər zaman bir-birilərinə dəstək verib, mövqelərini müdafiə ediblər. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir".

Deputat qeyd edib ki, Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir: "Artıq beynəlxalq aləmdə bəllidir ki, türk dünyasının daha sıx birliyi, onların gücü yüksək səviyyədə artacaq. Həmçinin dünya dövlətləri bilirki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.

Bildiyimiz kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyə daim Azərbaycanın mövqeyini dəstəkləyib və bu gün də tutduğu yola sadiqdir. Qardaş ölkənin Baş naziri dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ mövzusu, işğal altında olan ərazilər, ümumiyyətlə, Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmayınca, Türkiyə Böyük Millət Məclisindən Ermənistana qarşı müsbət bir qərarın çıxması mümkün deyildir.Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: "Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız bir-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".

Bakının azad olunması münasibətilə Azərbaycan və Türkiyə qırıcılarının Gəncə uçuşları, hər iki ölkə müttəfiqliyi nəinki Ermənistana bütün dünyaya ünvanlanmış siyasi mesajdır. Ermənistan tərəfi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonları tərk etmək əvəzinə Gəncə şəhəri ilə bağlı təhdidlərinə qarşılıq verilən bu siyasi hərbi mesaj ümid edirəm ki qarşı tərəfi yaxşı düşünməyə vadar edəcək öz xalqı ölkəsinin talehi üçün xeyirli addım atıb torpaqlarımızı boşaldacaq. Əks halda Türkiyə Azərbaycan qırıcıları Ermənistan səmalarına qalxacağına əmin olsunlar".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1099   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021