Bakı Metropoliteni stansiyalara nəzarəti gücləndirdi
72 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan Bakı Metropoliteninin stansiyalarında hələ ki, ciddi sıxlıq yaranmayıb.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyalara nəzarət gücləndirilib:
"Sentyabrın 14-də fəaliyyətə başlayandan 1 gün sonra ölkədə yeni tədris ili də başladı. Bu isə metroda sərnişin sayının artması deməkdir. Amma bir məsələ var ki, bu il tədrisə davamiyyət də ötən ilkilərdən fərqli qrafikdədir. Ona görə də stansiyalarda gözlənilən sıxlıq yoxdur. Hələ ki, stansiyalarda pik saatlarda da vəziyyət nəzarət olunan səviyyədədir. Stansiyalarda sərnişinlərin qaydalara əməl edib-etməməsinə nəzarət edən xüsusi işçilər var. Bu işçilər sərnişinlər arasında maarifləndirmə aparır, onları qaydalara əməl etməyə çağırır. Stansiya platformalarında sərnişinlərin tibbi maskadan istifadəsinə ciddi nəzarət olunur, sosial məsafənin qorunması tövsiyə edilir. Həmçinin, sərnişinlərə başa salınır ki, əgər qaydalara əməl olunmasa, ölkədə virusa yoluxma səviyyəsi artacaq və bu da metronun yenidən fəaliyyətini dayandırması ilə nəticələnəcək".
B.Məmmədov əlavə edib ki, hazırda metrostansiyalarda qrafikə uyğun olaraq mütəmadi dezinfeksiya işləri davam etdirilir. Metroda Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tövsiyələrə ciddi əməl edilir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1321 Tarix: 16 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını
28 martSabirabadda avtomobil at arabasına çırpıldı: Xəsarət alanlar var
Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, Xəlfəli kəndində minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Səmid Fərhad oğlu Həsənov və 1998-ci il təvəllüdlü Qonsur Maqsud oğlu Mirzəyev müxtəli
29 martMİDA-nın vəzifəli şəxsi vəfat edib
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir
29 martŞadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə
28 martGəlinə verilən hədiyyə boşananda bölünəcək?
Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy
28 martBakıda bu evlər bahalaşıb
Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım
28 mart"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki
29 mart