"Türkiyənin nüfuzlu təşkilata sədr olması və Azərbaycanın uğuru düşmənlərə göz dağıdır"- RƏY

"Türkiyənin nüfuzlu təşkilata sədr olması və Azərbaycanın uğuru düşmənlərə göz dağıdır"- RƏYBMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Türkiyənin nümayəndəsi Volkan Bozkır öz səlahiyyətlərinin icrasına başlayıb. Namizədliyi dünyanın 178 ölkəsi tərəfindən dəstəklənən Türkiyə nümayəndəsinin ilk dəfə sədrlik etdiyi sessiya sentyabrın 22-də koronavirus pandemiyası səbəbindən videokonfrans rejimində açılacaq.

Buna baxmayaraq, Türkiyənin tanınmış diplomatının dünyanın yaşadığı bu çətin və ziddiyyətli dövrdə BMT-nin Baş Assambleyasına rəhbərlik etməyi əlamətdar bir haldır.
Qlobal və regional siyasətdə güclü mövqeyə malik Türkiyənin müasir beynəlxalq düzümün qarşısında duran bir sıra mühüm problemin tənzimlənməsinə müsbət təsir göstərə biləcəyi heç bir şübhə doğurmur.

Qlobal nüvə təhlükəsizliyi, Qərb-Rusiya qarşıdurması, Yaxın Şərqdə sülh prosesinin üzləşdiyi problemlər, İranın nüvə proqramı ətrafındakı mürəkkəb vəziyyəti, Suriya və Liviya böhranları, Avrasiya məkanında mövcud olan dövlətlərarası münaqişələr – bütün bu və digər məsələlərə dair dünya birliyinin ədalətli mövqeyinin ifadə olunmasında Türkiyə nümayəndəsinin sədrliyi ümidverici bir amil kimi çıxış edir.

Mövzu ilə bağlı Sonxeber.az-a beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova danışıb: "Müasir dünyada BMT müəyyən qədər rol oynayan təşkilatdır.

Baxmayaraq ki, onun soyuq müharibə illərində nüfuzu və təsir gücü daha böyük idi. Yenə də hər halda müasir beynəlxalq münasibətlər sistemi mövcud olduğu üçün BMT dünyanın ən universal nüfuzlu təşkilatı rolunda çıxış edir.

Onun qəbul etdiyi qərar və qətnamələrin üzv ölkələr üçün həyata keçirilməsi labüddür. Türkiyə Azərbaycanın dostudur. Qardaş ölkə olaraq BMT- nin Təhlükəsizlik Şurasına sədrlik etməsi onun diplomatik uğuru sayılar. 87 ölkənin Türkiyənin xeyrinə səs verməsi onu göstərir ki, Türkiyənin dünyada çox böyük nüfuzu var, diplomatik uğurlar qazanmaq imkanları genişdir. Türkiyə Azərbaycana bəzi məsələlərdə müəyyən qədər rol oynamağa, kömək etməyə də çalışacaq.

Lakin bizim işimiz ikitərəfli münasibətləri əhatə edir. Belə bir dövrdə Təhlükəsizlik Şurası sədrinin qardaş ölkənin olması həlledici dövrdə sözügedən ölkənin qoşunlarının Azərbaycana gəlməsi məsələsi də var. İndi Rusiya ilə Azərbaycan münasibətləri gərgindir, Türkiyə Cənubi Qafqazda nüfuzunu artırmağa çalışır. Belə dövrdə Türkiyənin dünyanın ən nüfuzlu təşkilatına sədr olması sevindirici haldır. Nəzərə alaq ki, Türkiyə Avropa Şurasının Parlament Assambleyasında, BMT, ATƏT də və digər təşkilatlarda da bizə həmişə kömək edib.
Hazırda Türkiyə özünün diplomatiya və hərbi cəhətdən çətin dövrünü yaşayır. Buna baxmayaraq həmçinin Azərbaycanın maraqlarını da müdafiə edir, dəstək verir. Bu dəstəyin BMT- də olması bizim gücümüzə güc qatacaq, Ermənistanı müəyyən qədər çətin durumda, gərginlik altında saxlayacaq.

Türkiyənin nüfuzlu təşkilata sədr olması Türkiyənin və Azərbaycanın uğurudur. Ən azı psixoloji uğurdur və düşmənələrə göz dağıdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1637   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021