Ətin qiyməti bahalaşacaq-AÇIQLAMA

Ətin qiyməti bahalaşacaq-AÇIQLAMAAzərbaycanda ət məhsullarına tələbat artıb karantin tədbirlərinin bütövlükdə kənd təsərrüfatı sektorunun inkişaf sürətinə mənfi təsirinə baxmayaraq, heyvandarlıq sektorunda 3,2 faiz artım qeydə alınıb.

Avropa, Türkiyə, İrandan ət məhsullarının idxalının və bir sıra postsovet ölkələrindən təhlükəli heyvan xəstəlikləri səbəbindən ət tədarükünün nəzərəçarpacaq dərəcədə azalması daxili bazarda istehsalı stimullaşdırıb. Mütəxəssislər hesab edir ki, ölkədə iaşə obyektlərinin bərpası ətə olan tələbatın sürətli artımına da təsir edir.

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib. "Qarşıdan ətə tələbatın artdığı bir mövsüm gəlir. Artıq kənd təsərrüfatı məhsullarının mövsümü demək olar ki, 2 aydan sonra başa çatır. Azərbaycanda idxal əti bazarda əsas yer tutmur. Çünki idxal ətinin böyük əksəriyyəti daxili bazar üçün nəzərdə tutulmayıb. Bu bazar üçün nəzərdə tutulan yerli ət idxalı, Gürcüstan və digər ölkələrdən gətirilən diri heyvanlardır. Bu isə yüksək rəqəmlə ifadə olunmur. Ölkənin daxili bazarında qiymətin artmasına bir başa təsir edən amil ölkənin daxili potensialıdır. Ölkə daxilində ət istehsal ilbəil azalmaqda davam edir.

Azərbaycanda bu tendensiya davam etsə, gələcəkdə ətin bahalaşmasını müşahidə edəciyik. Xaricdən idxal edilən ət də ölkəyə baha başa gəlir. Ona görə də Azərbaycanda qarşıdakı aylarda ətin qiymətində bahalaşma müşahidə ediləcək. Bahalaşmanın qarşısının hansısa inzibati yolla və ya qərarla ala bilmərik. Bu məsələnin qarşısını almaq üçün uzun müddətli prosses getməlidir. Ölkənin daxili istehsalı artmalıdır. Bunun üçün də uzun müddət lazımdır.

2015-ci ildən bu günə qədər ət istehsalı minumum həddə enib. Bundan sonra bu sahəni stimullaşdırıb, inkişaf elətdirməyə 4-5 il lazımdır. Kənd təsərrüfatında heyvandarlığın inkişafına dövlət qayğısı göstərilməlidir. Bu sahənin inkişaf etdirilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır. Əks halda bahalaşma davam edəcək".

Aysel Səmədli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4032   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart