Bakıda 5 nəfərin ölümünə səbəb olan içki harda hazırlanıb? - YENİ FAKTLAR

Bakıda 5 nəfərin ölümünə səbəb olan içki harda hazırlanıb? - YENİ FAKTLARXəbər verildiyi kimi, Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir.

Sonxeber.az Baş Prokurorluğa istinadən xəbər verir ki, cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılaraq, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Belə ki, istintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən "Yaşıl bazar" ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərdən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satıb. Nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Əzim Hüseynov və Vurğun İbadov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Əzim Hüseynov və Vurğun İbadovun təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.
28.08.2020-ci il tarixdə həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2039   Tarix: 16 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşımız qətlə yetirilib: Sinəsinə 11 bıçaq zərbəsi vurulub - VİDEO

Gürcüstanda soydaşımız qətlə yetirilib. Hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib. Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb. Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsind

21 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel
.

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza - Ölən var

Bakıda ticarət mərkəzinin həyətində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 14:19-da Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən "Karvansaray" ticarət mərkəzinin həyətində İran vətəndaşı Afrooz Mansoor Aziz oğlu idarə etdiyi "DAF" markalı yü

16 aprel
.

Bakıda taxta bazarında baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş verən yanğın məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlə

20 aprel
.

Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Mais Fəxrəddin oğlu Nəzərovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasını

20 aprel
.

Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Neapol dairəsindən avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Abbasova F.-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayin

21 aprel