DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı açıqlama

DİN-dən sosial şəbəkədə canlı yayım açan şəxslə bağlı açıqlamaDaxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sonxeber.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reporta daxil olan məlumatda deyilir:

Dünən İlkin Muradov adlı şəxs "facebook" sosial şəbəkəsindəki səhifəsində yaşadığı Füzuli rayonunun Qayıdış qəsəbəsindən canlı yayım açaraq, idarə etdiyi avtomobilin əsassız olaraq polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirildiyini, özünün isə rayon Polis Şöbəsinə aparıldığını bildirib.

İlkin Muradov kimdir?

O, anası Gülfüyyə Əliyeva ilə birlikdə yaşayır. Dəfələrlə anası DİN-in "102 - Zəng Mərkəzi"nə və Füzuli Rayon Polis Şöbəsinə müraciət edərək oğlu tərəfindən döyüldüyünü bildirib.

Onunla aparılan profilaktiki söhbətlər zamanı İlkinin psixi durumunun yerində olmadığı, əsəb gərginliyindən əziyyət çəkdiyi açıq-aşkar hiss olunub. Ona görə də, 2019-cu ilin fevral ayının 25-dən ailə münaqişəli ailə kimi qeydiyyata götürülərək profilaktiki tədbirlər aparılıb. Lakin bütün bunlardan nəticə çıxarmayan İlkin anasını döyməkdə davam edib. Məhz anasının şikayəti əsasında o, bu il yanvarın 13-də məhkəmənin qərarı ilə 20 gün, mayın 5-də isə 30 gün inzibati qaydada həbs olunub.

Sentyabrın 14-də İlkin Muradovun sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2106" markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilib. İki gündən sonra anası Gülfüyyə Əliyeva yenidən "102 - Zəng Mərkəzi"nə müraciət edərək oğlu İlkin tərəfindən döyüldüyü bildirib. Onların hər ikisi RPŞ-yə dəvət olunub. Lakin sonradan ana oğlunun bağışlanması üçün ərizə yazıb.

"Odur ki, belə psixi pozğunluğu olan, doğmaca anasını döyən birisinin nə danışığına, nə də iddialarına inanmaq, dediklərini ciddiyə almaq sadəlövlük olardı", - Mətbuat Xidmətindən bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1586   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda evdən naməlum kişi meyiti tapıldı

Bakıda evdən meyit tapılıb.  xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada evlərin birindən 50-60 yaş aralığınad olan naməlum kişi meyiti tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik  bilinmir. Araşdırma aparılır

11 aprel
.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Naxçıvanda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsind

11 aprel
.

Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:

11 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel