"Təxribatların qarşısı alınsın" əmri hansı mesajı verir? – ŞƏRH

"Təxribatların qarşısı alınsın" əmri hansı mesajı verir? – ŞƏRH"Düşmən tərəfinin təxribatının qarşısı başlanmadan alınır".

"MediaPost" xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni əmri deyil, o, daim bu tapşırığı verir:

"Bizim bölmələrimiz təmas xəttində düşmənin mütəmadi olaraq bütün təxribatlarının qarşısını alır. Bu yaxınlarda Goranboy rayonu istiqamətində olan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısı alındı. Digər istiqamətlərdə də düşmən daim axtarışdadır. Son vaxtlar düşmən fəallaşıb, bu haqda məlumatlar da var. Atəşkəs rejimi tez-tez pozulur. Lakin bölmələrimiz ayıq-sayıqlığını itirməyərək, layiqincə cavab atəşi ilə düşməni susdururlar. Bu gün Azərbaycan Ordusunun bölmələri müasir texniki müşahidə və kəşfiyyat sistemləri ilə təmin olunublar. Onların vasitəsilə bizim əsgərlər təhlükəsiz şəraitdə düşmən ərazisini tam şəkildə nəzarətdə saxlaya bilirlər".

Ş. Ramaldanov bildirib ki, bu gün əməliyyat şəraiti bizim bölmələrimizin tam nəzarətindədir:

"Düşmənin hər hansı hərəkətini izləyə bilirik, vaxtında qabaqlayıcı tədbirlər görürük. Buna görə də düşmən tərəfinin təxribatının qarşısı başlanmadan alınır. Tovuz hadisələri də göstərdi ki, düşmən çoxsaylı texniki və canlı qüvvə itkisinə məruz qalıb. Yəni ideoloji iş daim gedir, davam etdirilir. Bu gün əsgərlərimizin əhval-ruhiyyəsi yüksəkdir. Bu yaxınlarda ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olan Prezidentin köməkçisi Hikmət Hacıyev də bunun şahidi oldu. Bizim hərbçilər əməliyyat vəziyyətinə nəzarət edərək, hər an əmri yerinə yetirməyə hazırdırlar. Bölmələrimiz tam təmin olunur, hərbçilərimiz də öz vəzifə borclarını layiqincə yerinə yetirirlər".

Qeyd edək ki, ötən gün Müdafiə naziri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran nazir həmçinin, tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1203   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart