Nikol Paşinyan + copy + paste = Araik Arutyunyan: eyni yumurta, lakin yan görüntüsü

Nikol Paşinyan + copy + paste = Araik Arutyunyan: eyni yumurta, lakin yan görüntüsüXatırlayırsınızsa, iyul ayında Tovuz istiqamətində erməni təxribatı nəticəsində baş vermiş silahlı toqquşmada Ermənistanın guya möhtəşəm qələbə qazandığını göstərməyə çalışan baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsi üçün Azərbaycana qarşı yeddi şərtinin olduğunu demişdi.

Prezident İlham Əliyevin də ona verdiyi cavabı xatırlayaq: "Onun bütün şərtlərinə mənim bir cavabım vardır: erməni silahlı birləşmələri torpaqlarımızı tərk etməlidir. Biz heç vaxt Dağlıq Qarabağa müstəqilliyin verilməsi haqqında danışıqlar aparmamışıq".

Üstündən iki ay keçməmiş, Paşinyanın əlaltısı (Paşinyan bunun həqiqət olmasını istəyir, bu mövzuya qayıdacağıq), Dağlıq Qarabağın qondarma rejiminin başçısı Araik Arutyunyan da oxşar sözlər deyib.

"MediaPost" məlumat verir ki, 15 sentyabrda keçirilmiş "təhlükəsizlik müşavirəsində" çıxış edən Araik Arutyunyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllini yeddi şərtin icrasında görür.

Deyəsən, xəstə erməni təxəyyülünün sevdiyi rəqəm yeddidir. Lakin bugünkü mövzumuz mistika və numerologiya ətrafında deyil. Bu dəfə onların çıxışlarında və arzularında yol verdikləri səhvlərdən danışacağıq.

İlk növbədə qeyd etmək lazımdır ki, keçirilmiş müşavirə əvvəlkilərdən fərqlidir. Fərq isə ondadır ki, indiyədək bu kimi müşavirələr "Ermənistan-Dağlıq Qarabağ" formatında keçirilirdi. Bununla, "iki ölkənin vahid olduğunu" təqdim etməyə səy göstərirdilər. Onlar Dağlıq Qarabağın Ermənistandan asılı olduğunu hamıya nümayiş etdirməyə çalışırdılar. Lakin göründüyü kimi, aralarından "qara pişik" qaçdı. Bu da Ermənistanla qondarma rejimin rəhbərləri arasındakı uçurumu üzə çıxartdı.

Araik Arutyunyanın iclasın açılışında dediyi sözlər də diqqət cəlb edir: "Ölkə rəhbəri kimi, mən öz səlahiyyətlərimi tam olaraq icra edirəm". O, bununla demək istəyir ki, Nikol Paşinyan, mən sənə tabe deyiləm!

Qondarma rejimin başçısı çıxışında deyib ki, əsas missiyası həm yerli əhalinin, həm də bütün dünya ermənilərinin təhlükəsizliyini təmin etməkdir. Qeyd edək ki, bu fikir də yeni deyil; sentyabrın 4-də Moskvada keçirilmiş MDB ölkələrinin müdafiə nazirlərinin görüşündə Ermənistan müdafiə naziri David Tonoyan da bu sözləri söyləmişdi. Görünür, məhdud dövlət büdcəsi separatçı rejimin rəhbərliyinə çıxışların yazılması üçün əlavə ştatın saxlanılmasına imkan vermir ki, hamısının çıxışlarını bir nəfər yazır. Həmin şəxs də çox fikirləşmədən adları dəyişərək, onlara eyni mətnləri verir.

Bir maraqlı məqam da odur ki, bir tərəfdən özlərini "qədim xalq" adlandıran ermənilər Dağlıq Qarabağ ərazisində məskunlaşan erməniləri əsil erməni kimi qəbul etmirlər. Bu cür ayrı-seçkilik isə bütün sahələrdə öz əksini tapır: istər siyasi, iqtisadi, istərsə də, hərbi və digər sahələrdə.

Erməni sərsəmləmələrinə hər zaman şahid olmuşuq. Bunu iyul ayında da müşahidə etdik. Bilirsiniz nə vaxt? – Ermənistan müdafiə nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovvanisyan "erməni ordusu Azərbaycan ordusu üzərində öz peşəkar-taktiki üstünlüyünü sübut etdi" deyəndə. O, bununla, sadəcə özünü gülüş obyektinə çevirdi. Görünür, indi də növbə Araik Arutyunyanındır. O deyib ki, münaqişə təhlükəsizlik riskləri yaradır. Yalnız buna görə onlar münaqişənin sülh yolu ilə həllinə hazırdırlar. Ağılsız birinin gülməli sözləridir, deyilmi?

İndi isə keçək Araik Arutyunyanın sadaladığı yeddi məsələyə və bizim ona cavabımıza:

1. Qondarma respublikanın təmsilçilərinin münaqişənin sülh və yekun nizamlanma prosesində iştirakı (bu, Paşinyanın iyul ayında "Ermənistan və Qarabağın ümumi, vahid təhlükəsizlik sistemi möhkəmləndirilməlidir" şərti ilə uyğundur).

Cavabımız: Hələ iyul ayında Prezident ilham Əliyev bu "şərtə" açıq-aydın cavab verib: "Qarabağ separatçılarını heç kəs tanımır, o cümlədən Ermənistanın özü. Bacarırlarsa, tanısınlar. Tanımırlarsa, deməli, qorxurlar!" Ölkə rəhbərimiz tam və dolğun cavab verib. Hesab edirik ki, münaqişənin sülh və yekun nizamlanması ilə bağlı təkliflər qeyri-real və absurddur, çünki Azərbaycan əzəli torpaqlarında yaranmış Ermənistana ərazilərimizdə ikinci erməni dövlətini yaratmağa imkan verməyəcək. Separatçılıq cəzalandırılmalıdır və cəzalandırılacaq.

Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağın hər iki icmasının danışıqlar prosesində iştirakına həmişə tərəfdar olub.

2. Qondarma respublikanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi heç bir şərt altında təhdid edilməməli və sövdə predmeti olmamalıdır (Paşinyanın "Azərbaycan öz maksimalist tələblərindən imtina edib Qarabağın öz müqəddəratını təyin etmək ixtiyarını qəbul etməlidir, həmçinin, Qarabağ və Ermənistanın təhlükəsizliyi güzəşt predmeti olmayacaq" şərti ilə uyğundur).

Cavabımız: Çox gülməli şərtdir. Belə ki, Qarabağ separatçılarının rəsmi saytında "respublikanın" ərazisi barədə "12.493 km2 təşkil edir, bunun 1.041 km2 -i Azərbaycanın işğalı altındadır" yazılıb. Təbii ki, bu rəqəmlər reallığı əks etdirmir. Belə ki, təkcə Dağlıq Qarabağ və Şuşanın ərazisi 4700 km2 təşkil edir. Bununla yanaşı, "Dağlıq Qarabağ təhlükəsizlik kəməri" də var: Kəlbəcər (1936 km2), Laçın (1835 km2), Qubadlı (802 km2), Cəbrayıl (1050 km2), Zəngilan (707 km2), Ağdam (842 km2), Fizuli (462 km2). Bu da təxmini, 7634 km2 təşkil edir. Belə çıxır ki, qondarma rejimin başçısı nəinki Dağlıq Qarabağın və Şuşanın ərazisini "respublikaya" aid edir, hətta zəbt edilmiş ətraf yeddi rayonun da ərazisini əlavə edir, Azərbaycanın "işğal etməsi" haqqında danışır. Belə çıxır, Azərbaycan əlavə torpaq verib sonra danışıqlar masasına oturmalıdır? Görünür, Tonoyanın bulimiya xəstəliyi Arutyunyana da keçib. Nə qədər gülməli şərtdir, deyilmi?

3. Azərbaycanın "Qarabağ xalqının" öz müqəddəratını təyin etməsi faktını qəbul etmədən, münaqişənin həlli variantlarının müzakirəsi mümkün deyil (Paşinyanın "Qarabağ danışıqların tamhüquqlu tərəfi olmalıdır" şərti ilə uyğundur).

Cavabımız: İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan indiyədək heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının müzakirəsini aparmayıb, aparmaq niyyətində də deyil. Bunu Prezidentimiz iyul ayında birmənalı şəkildə bütün dünyaya xatırlatdı.

Tutalım, Azərbaycan separatçı rejimin müstəqilliyini tanıdı (bu, bəlkə də, Mars planetindən gələn yadplanetli qonaqların xahişi ilə mümkün ola bilər), o zaman danışıqların predmeti nə olacaq? Tapılsa, onda Arutyunyanın ikinci "şərti" mənasını itirir, çünki orada separatçılar tərəfdən heç bir ərazinin güzəştə gedilməməsi barəsində danışılıb.

4. Güc tətbiqi və ya güclə hədələmələrə son qoyulmalıdır, əks təqdirdə, Qarabağ Azərbaycana zərbə vuraraq, döyüşləri Azərbaycan ərazisinə keçirəcək (Paşinyanın "Azərbaycan açıq şəkildə güc tətbiqindən imtina edərək, anti-erməni ritorikasına son qoymalıdır" şərti ilə uyğundur).

Cavabımız: Silahlı təcavüz vasitəsilə, separatçılıq nəticəsində BMT tərəfindən tanınan bir ölkə ərazisindən özbaşına ayrılmış separatçıların və havadarlarının sayəsində otuz ildir ki, silahlı münaqişənin daim canlandırılması, münaqişənin otuz ildir ki, həll olunmaması fonunda hansı tələblərdən danışırlar? Arutyunyanın Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün olması yadından çıxıb? Yəqin xəbərsizdir ki, azərbaycanlıların öz əzəli torpaqlarına getmək imkanları yoxdur. Arutyunyan həqiqətənmi belə düşünür ki, öz doğma torpaqlarından didərgin düşmüş Azərbaycan xalqı bu şərtləri qəbul edərək zəruri gücün tətbiqindən imtina edəcək?

5. Münaqişənin həlli üçün təklif olunan istənilən variantda Qarabağ separatçıları tərəfindən birtərəfli və ya qeyri-bərabər olan güzəştlər birmənalı şəkildə istisna edilir.

Cavabımız: Arutyunyanın özünə zidd olmasından deyəsən, xəbəri yoxdur, çünki səsləndirilən ikinci şərtində o, nəinki istənilən ərazi dəyişikliklərini istisna edir, hətta Azərbaycanın onlara ərazi borclu olmasından danışır.

6. Erməni və Azərbaycan qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə eyni tərzdə yanaşılmalı və eyni vaxtda həll edilməlidir, hər iki icma münaqişənin həlletmə prosesinə bərabər olaraq cəlb edilməlidir.

Cavabımız: Səsləndirilmiş şərtlərin heç birində Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqların qaytarılması və ya hansısa güzəştlərə gedilməsi haqqında danışılmır. Budur ki, şərtin əsas mahiyyəti yalnız erməni qaçqınlara və məcburi köçkünlərə aiddir.

7. Beynəlxalq ictimaiyyət Qarabağ ərazisində yaşayan əhalinin haqlarının pozulmasını və məhdudlaşdırılmasını aradan qaldırmalıdır.

Cavabımız: Əlbəttə, söhbət dünya ölkələrinin separatçı rejimi tanımamasına görə bu ərazidə yaşayan əhalinin şəxsiyyət vəsiqələrinin tanınmamasından və buna görə də onlara "Dağlıq Qarabağ vətəndaşı" kimi öz sərhədlərindən keçməyə icazə verilməməsindən gedir. Maraqlısı odur ki, Arutyunyan bunu Azərbaycanın bundan istifadə edərək onlara (yəni ermənilərə) təzyiq göstərməsi kimi qələmə verməyə çalışır.

Görünür, "1915-ci il erməni soyqırımı" məsələsindəki kimi, söhbət yalnız puldan gedir. Heç kəsə sirr deyil ki, "soyqırımının tanınması"nın arxasında Türkiyədən böyük miqdarda pul tələbi dayanır. Burada da separatçı rejimin tanınmasından dərhal sonrakı tələb maliyyə dəstəyinin istənməsi olacaq. Arutyunyan bir vacib məsələni yadından çıxarıb: Azərbaycan müstəqilliyini qazandıqdan sonra o üz tutduğu dünya birliyi Azərbaycanı məhz mövcud sərhədlərdə tanıyıb.

Gördüyünüz kimi, yeni bir şey yoxdur. Ənənəvi olaraq, ermənilər özlərini dünyaya yazıq və başı bəlalı, uzun müddətdir əziyyət çəkən millət kimi təqdim etməyə çalışırlar.

Sözün düzü, psixi xəstəliyi olan Araik Arutyunyanın çıxışında (psixi cəhətdən sağlam adam bu cür cəfəngiyyatları dilə gətirməz) Azərbaycana silah satan ölkələrdən bunun dayandırılmasını, beynəlxalq nəzarət mexanizmlərinin yaradılmasını tələb edəcəyini, Türkiyəni pisləyəcəyini və s gözləyirdik. Amma bunlar deyəsən, desert üçün saxlanılıb.

Bizdən isə həmişəki kimi məsləhət: sülhün bərqərar olmasından dəm vurmazdan əvvəl, beş yüz mindən çox azərbaycanlının öz doğma torpaqlarına buraxılmasını fikirləşmək lazımdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1791   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel