Prezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR

Prezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLARBu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olub, yaradılmış şəraitdən öz məmnunluğunu ifadə edib.

AMEA-nın mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, sentyabrın 17-də isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə ətraflı məlumat verib.

Akademik Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib.

Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atılır.

Görüşdə çıxış edən AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov akademiyanın Nəqliyyat-Təsərrüfat şöbəsinin ərazisinin ekspertizasının aparıldığını, eskiz layihəsinin hazırlandığını və müvafiq dövlət qurumlarının icazəsindən sonra təmir-bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirib. Ötən illər ərzində ərazinin baxımsız vəziyyətdə olduğunu fotofaktlarla nümayiş etdirən Elton Məmmədov bu gün Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu diqqətə çatdırıb.

İdarə müdiri hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləyib. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu deyib. Həmçinin qeyd edib ki, bu gün akademiyaya məxsus avtomobillərin park edilməsi işindəki pərakəndəlik aradan qaldırılıb və yenidənqurma işlərindən sonra bütün nəqliyyat vasitələri vahid mərkəzdən idarə olunur.

Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. Həmin ərazinin də uzun müddət baxımsız vəziyyətdə qaldığını fotofaktlarla diqqətə çatdıran professor Elton Məmmədov drenaj, kanalizasiya sisteminin yenidən qurulduğunu, anbarların inşa edildiyini, şöbənin ərazisinin akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcəyini söyləyib.

Sonda Nəqliyyat-Təsərrüfat şöbəsinin baş mütəxəssisi Süleyman Əzizov iş yoldaşları adından çıxış edərək müasir standartlara cavab verən nəqliyyat parkının yaradılmasına görə ölkə rəhbərliyinə və AMEA prezidentinə minnətdarlığını ifadə edib.
Prezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLARPrezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 9714   Tarix: 17 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Baş Prokurordan yeni TƏYİNAT

Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilməsi ilə bağlı mətbuatda məlumat yayılıb.. . Sonxeber.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, D.Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınaraq, Ba

17 sentyabr

Ermənistanda hökumətin tam tərkibdə istefası tələbi ilə aksiya keçirildi

Yerevanda Ermənistan hökumətinin binası qarşısında Nazirlər Kabinetinin tam tərkibdə istefası tələbi ilə aksiya keçirilib.. . Sonxeber.az Reporta istinadən xəbər verir ki, aksiyanı təşkilatçısı Milli Gündəlik Partiyasının üzvləridir.. . Partiya Şurasının başçısı Ara Akopyan bildirib ki, aksiya yalnı

17 sentyabr

Sahibə Qafarova Sergey Lavrovla görüşəcək

Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək.. . Bu barədə Sonxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.. . Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarında

17 sentyabr

Nikol Paşinyan + copy + paste = Araik Arutyunyan: eyni yumurta, lakin yan görüntüsü

Xatırlayırsınızsa, iyul ayında Tovuz istiqamətində erməni təxribatı nəticəsində baş vermiş silahlı toqquşmada Ermənistanın guya möhtəşəm qələbə qazandığını göstərməyə çalışan baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsi üçün Azərbaycana qarşı yeddi şərtini

17 sentyabr

AMEA-da yeni TƏYİNATLAR

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.. . QurumdanSonxeber.az-a bildirilib ki, karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi ilə, Elmi şuranın əksər üzvlərinin onlayn iştirakını təmin etməklə təşkil olunan iclasda AMEA-nın vitse-prezidenti

17 sentyabr

Milli Məclisdə ictimai dinləmələr keçiriləcək

Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən ictimai dinləmələr keçiriləcək.. . Sonxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva məlumat verib.. . Onun sözlərinə görə, tarixi abidələrin qorunması, gənc rəssamların üzləşdiy

17 sentyabr

Baş nazir iki qərarı ləğv etdi

Nazirlər Kabinetinin "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə" 2007-ci il 25 iyun tarixli 103 nömrəli və "Şəkər çuğundurunu

17 sentyabr

Azərbaycan Prezidenti Çilinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.. . Sonxeber.az xəbər verir ki, təbrikdə deyilir:. . "Hörmətli cənab Prezident,. . Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız

17 sentyabr

Prokurorluq əməkdaşları onlayn platformada iştirak edib

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.. . Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.. . Bildirilib ki, bu məqsədl

17 sentyabr