"Baxırsan kişidir, amma qadın çıxır" - Elman Nəsirov sosial şəbəkələrdən GİLEYLƏNDİ

"Baxırsan kişidir, amma qadın çıxır" - Elman Nəsirov sosial şəbəkələrdən GİLEYLƏNDİ"Sosial şəbəkələr dövrümüzün reallığıdır. Sosial şəbəkələrin olması hesab edirəm ki, vacibdir. Bu demokratiyanın elementidir. Sadəcə söhbət ondan gedir ki, bu sahə qanunla tənzimlənməlidir. Bütün sferalar qanunla tənzimlənir. Yeganə qanunla tənzimlənməyən sahə varsa, o da sosial şəbəkələrdir"

Sonxeber.az xəbər verir ki, bu sözləri deputat Elman Nəsirov sosial şəbəkələrdə paylaşımlara yazılan neqativ rəylərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, sosial şəbəkə olduqca əhəmiyətli rol və missiyanı həyata keçirir. Orada elə məsələlər qabardılır ki, ictimai diqqət ora yönəldir. Sosial şəbəkələr nəzarət funksyasını həyata keçirir:

"Sosial şəbəkələrin rolunu yüksək qiymətləndirirəm. Qeyd edim ki, medalın iki üzü kimi sosial şəbəkələrdən də bəzi insanlar eynən bunun kimi istifadə edirlər. Orada insanların şərəf və ləyaqətini alçaldırlar, nüfuzuna xələl gətirirlər, şər atırlar. Araşdırma aparırsan ki, bunu yazan kimdir, mənbəsi haradır onda məlum olur ki, şərh yazan şəxs kişi deyil qadındı, qadın kimi qeydiyyatda olanlar isə kişidir.

Ya da ümumiyyətlə Azərbaycanda yaşamırlar, başqa- başqa profillərdən daxil olurlar. Heç şübhəsiz ki, bu xoşagəlməz hadisədir. Bütün sahələr necə dövlət tərəfindən qanunla tənzimlənir, hesab edirəm ki, sosial şəbəkələrlə bağlı qanuna da ehtiyac var. Burada hər şey qanunla tənzimlənsin, qanundan kənar olan hallar hüquqi müstəvidə qiymət verilsin. Yəni sosial şəbəkələrin tənzimlənməsi haqqında qanuna ehtiyac var.

Türkiyədə sözügedən platforma ilə bağlı artıq qanun qəbul olunub. Bir çox ölkələrdə bu istiqamətdə işlər gedir. Yeri gəlmişkən, qeyd edim ki, Türkiyənin təcrübəsindən də istifadə edib bu sahədə konkret addım atmaq olar. Əgər insanın virtual aləmdə şərəf və ləyaqətini alçaldanda, işgüzar nüfuzuna xələl gətirəndə, şər- böhtan atanda hansı cəzalar nəzərdə tutulursa, eyni cəzalar da virtual aləmdə olmalıdır. Şər- böhtan yolunu düşünən insan düşünməsin ki, bunu rel həyatda edəndə cəzəlanaram, qoy bunu virtual aləmdə edim.

İnsan belə bir düşüncəyə qapılmamalıdır. Həmin insanlar bilməlidirlər ki, qanuna zidd addımlar atıb və cəzalandırıla bilər. Prinsip etibarilə mən sosial şəbəkələrin varlığını hər zaman müdafiə edirəm. Çünki sosial şəbəkələr doğurdan da yerdən ictimai nəzarət funksiyasını həyat keçirirlər. Yeri gələndə SOS siqanalı verir. Neqativ halların olmamasına görə qanunvericilik bazasının yaranmasına ehtiyac var".

Deputat bildirib ki, dəfələrlə sosial şəbəkələrdə ona qarşı da elə yanaşmalar olub, amma o elə şəxslərə özü cavab verməyib:

"Bəzən olur ki, dostlardan onlara cavab verilir. Xahişləri də bu olub ki, mənbəni göstərin. Bir az araşdıranda məlum olur ki kimi Fransada, kimi Almaniyada yaşayır. Mən məni narahat edən sosial şəbəkə istifadəçiləri ilə bağlı hüquq- mühafizə orqanların şikayət etməmişəm.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1199   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel