Prezident: "Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"

Prezident: "Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Sonxeber.az bildirir ki, AZƏRTAC Prezident İlham Əliyevin müsahibəsindən bəzi fikirləri təqdim edir:

"Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi".

"Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev".

"Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu, kasıb ailədə və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər insan kimi, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu".

"O vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi".

"Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton".

"İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqının yanacağı 80 faiz Azərbaycan tərəfindən təmin edilirdi, sürtgü yağları 90 faiz Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu və bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq, görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, "Neft daşları"na yeni həyat veriləcək. Çünki "Abşeron" yatağı "Neft daşları" ilə bağlı olacaq. Amma "Neft daşları" hansı vəziyyətdə idi o vaxt? Mən xatırlayıram, "Neft daşları"na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1708   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov

9 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel