Tural Gəncəliyev: Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır

Tural Gəncəliyev: Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdırErmənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin "başçısı" bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin "parlamenti" Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, "simvolik məna daşıyır".

Sonxeber.az xəbər verir ki, bu fikirlər Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin "parlamentinin" Şuşa şəhərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin şərhində bildirilir.

T.Gəncəliyevin açıqlamasında qeyd olunur ki, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir: "Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.

Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək".(Xezerxeber.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2748   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel