Azərbaycanda işçiləri koronavirusa yoluxan xəstəxana bağlandı? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda işçiləri koronavirusa yoluxan xəstəxana bağlandı? - RƏSMİ AÇIQLAMAElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu bağlanır.

Sonxeber.az xəbər verir ki, bu barədə İctimai vəkil Samir Zeynalov bildirib. O, qeyd edib ki, Neftçilər xəstəxanasından ezam olunmuş həkim-reanimatoloqlar reanimasiyanın şəraitindən xeyli narazı qalıblar.

"Ötən gün institutda aparılan yoxlamalar nəticəsində "Reanimasiya" şöbəsində xəstələrin oksigenlə təminatı ilə bağlı ciddi və arzuolunmaz problemlər aşkar olunub. Hər kəsə məlumdur ki, cari ilin yanvar ayından etibarən institutda, xüsusilə reanimasiya şöbələrində mövcud olan çoxsaylı problemlər barədə mətbuatda silsilə yazılarım, müsahibələrim dərc olunub.

Lakin institut rəhbərliyi dərc edilən faktları şər-böhtan adlandırır. TƏBİB isə araşdırma aparmaq marağında olmadan məntiqsiz və gülünc açıqlamaları ilə yadda qalırdı.

Zaman göstərdi ki, mən öz fəaliyyətimi həqiqətən faktlar, obyektiv araşdırma və haqq-ədalət prinsipləri üzərində qurmuşam. Nə mənim, nə də ki, bu haqq işində mənə dəstək olan azsaylı tibb işçisinin institut rəhbərliyinə qarşı qərəzli, kinli, ədalətsiz mövqeyi olmayıb.

Biz hər zaman milli təhlükəsizliyimizi, ümumxalq maraqlarımızı öz şəxsi mənimizdən, şəxsi maraqlarımızdan üstün tutmuşuq. İnstitutun direktoru Həqiqət Qədirovanın son zamanlar barəmdə etdiyi absurd şikayətlər də bir daha onu təsdiq etdi ki, onun fəaliyyəti haqqında qeyd edilən məsələlər acı və təhdid dolu bir reallıqdır.

Haqq-ədalət gec də olsa zəfər çalır. Ümid edirəm ki, institut rəhbərliyi yol verdiyi ciddi nöqsanlara görə qanun qarşısında cavab verəcək".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə açıqlamasında yayılmış məlumatla bağlı araşdırma aparıldığını deyib.

Xatırladaq ki, S.Zeynalov Ağciyər Xəstəlikləri İnstitutunda dəfələrlə vəziyyətin acınacaqlı olduğunu, hətta xəstəxana əməkdaşları arasında kütləvi yoluxmanın baş verdiyini də qeyd etmişdi: "Müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil"./BAKU.WS


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2450   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021