"Cənab prezident faktlarla Paşinyanın siyasətdən və insanlıqdan uzaq olduğunu sübut etdi" - DEPUTAT

"Cənab prezident faktlarla Paşinyanın siyasətdən və insanlıqdan uzaq olduğunu sübut etdi" - DEPUTATXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə zamanı ölkə başçısı bir çox mühüm məsələlərə, eləcə də ermənilərin işğal olunmuş torpaqlarımızda apardığı qeyri-qanuni məskunlaşma siyasətinə toxunub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bidirib ki, Prezidentin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən zaman verdiyi müsahibə Azərbaycan xalqı maraqlandıran əhəmiyyətli müsahibə idi:

"Müsahibədə nefçilərinn peşə bayramı ilə əlaqədar neft-qaz sektorunda çalışan insanların əməyindən, neftin və qazın Azərbaycan iqtisadiyyatında, tarixində rolundan, bundan əlavə Çar Rusiyasında, Sovetlər İttifaqı və xüsusilə də İkinci Dünya Müharibəsi zamanı neftimizin faşizmlə mübarizədə qələbənin təmin olunmasında əhəmiyyətindən, xalqımızın cəbhə bölgələrində göstərdiyi rəşadətdən, Rostov şəhərində ucaldılan abidədən, Sloveniyada abidəsi ucadılan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədən, ondan sonra Berlinin alınması zamanı Brandenburq qapısı üzərində qələbədə Sovet bayrağını dalğalandıran polkovnik Rəşid Məcidovdan danışaraq cənab Prezident bir növ tarixə ekskursiya etmiş oldu. Cənab Prezident xalqımızın əldə etdiyi uğurları böyük qürur hissi ilə qeyd edirdi. Müharibə şəraitində yaşadığımız üçün cənab Prezidentimiz bu müsahibəsi ilə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. O, tariximizlə, xalqımızla qürur duymağı aşılayırdı. Bütün bunlar, əlbəttə, olduqca əhəmiyyətli idi. Bundan başqa, o, Azərbaycan xalqının ciddi problemi olan Dağlıq Qarabağ, Ermənistanın apardığı təxribatlar və dünyada baş verən geosiyasi problemlərlə bağlı vətəndaşlarımızı kifayət qədər məlumatlandırdı. Ölkə başçısının bu məsajlarının olduqca böyük əhəmiyyəti var".

Deputat vurğulayıb ki, xalq dostu ilə düşmənini tanımalı, hansı çətin durumla qarşılaşdığımızı anlamalıdır:

"İyul ayında ermənilərin törətdikləri təxribatlardan sonra Ermənistana davamlı olaraq silah daşıyanları, eləcə də qardaş Türkiyə dövlətinin hərbi-siyasi rəhbərliyinin birmənalı şəkildə xalqımızın yanında olmasını, Azərbaycanın da qarşılaşacağı bütün çətinliklərdə Türkiyənin yanında olduğunu cənab Prezident bir daha qeyd edib. Bütün bu bəyanatlar bugünkü geosiyasi vəziyyətdə olduqca vacib və əhəmiyyətlidir. Bu gün ermənilər Yaxın Şərqdə qapı-qapı gəzərək İraqdan, Suriyadan, Livandan erməni və kürd əsilli terrorçuları Dağlıq Qarabağa yerləşdirərək bizimlə müharibəyə cəlb etmək istəyirlər. Ermənistanın İraqdakı səfiri terror təşkilatlarının rəhbərləri ilə görüşərək danışıqlar aparır. Orada Azərbaycanın, Türkiyənin əlehinə olan terror təşkilatlarının rəhbərliyi buna razılıq verir.

Burada bir məsələ ortaya çıxır. Son 30 ildə ermənilər bütün dünyaya car çəkirlər ki, "biz müsəlmanların əhatəsində nəfəs ala bilmirik. Bizi sıxırlar, xristian olduğumuz üçün qırırlar". Min bir böhtan ataraq, guya Türkiyənin və Azərbaycanın Ermənistana təzyiq göstərdiyini qeyd edirlər. Onlar bu yalanlarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Çox təssüf ki, özlərini İslam dövləti adlandıran bəzi ölkələr birmənalı olaraq Ermənistana dəstək göstərirlər. Ermənilər bir tərəfdən məscidləri, tarixi və mədəni abidələri dağıdır, digər tərəfdən isə kütləvi şəkildə müsəlmanlara qarşı qırğınlar törədirlər. Ən önəmlisi isə Ermənistanda bir nəfər də müsəlman yoxdur. Bütün bunlara baxmayaraq, özlərini müsəlman adlandıran ölkələr ermənilərə qucaq açır, yardımlar edirlər. Əlbəttə, bütün bunlar qəbul edilməzdir. İslam ölkələri bu barədə düşünüməlidir".

Nəsib Məhəməliyev söyləyib ki, cənab Prezident Nikol Paşinyanın tarixdən, siyasətdən və insanlıqdan uzaq yaramaz insan olduğunu faktlarla sübut edib: "O, Azərbaycan kimi dövlətə və siyasi liderinə şərtlər qoymağa çalışır. Əlbəttə, bu şərtlərin heç biri qəbul edilməyəcək. Bu gün Azərbaycan ordusu güclüdür. Azərbaycanın siyasi rəhbəri dünyada kifayət qədər tanınan və yüksək nüfuza malik olan lider kimi özünü təsdiq edib. Azərbaycana qarşı bu cür hərəkətlər qəbuledilməzdir. Mən hesab edirəm ki, cənab Prezidentin bu müsahibəsi hərtərəfli düşünülmüş və Azərbaycan xalqına gələcək fəaliyyəti ilə bağlı verilmiş məsaj idi. Çox təəssüf ki, daxildə xarici qüvvələrin təxribatlarına dəstək verən "5-ci kalon"un nümayəndələri var. Radikal müxalifətin bəzi üzvləri çalışırlar ki, dövlətimiz içəridən sarsılsın. Biz bütün bu cür təxribatlara qarşı ayıq-sayıq olmalı, cənab Prezidentin ətrafında sıx birləşərək dövlətimizin müstəqilliyini, sabitliyini və ərazi bütövlüyünü qorumalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1008   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021