Azərbaycanda dövlət müəssisələrinə "şortik" və qısa ətəklə giriş qadağan edilir? - AÇIQLAMA

Azərbaycanda dövlət müəssisələrinə "şortik" və qısa ətəklə giriş qadağan edilir? - AÇIQLAMAXəbər verdiyimiz kimi Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına daxil olmaq istəyən məşhur texno bloger, jurnalist Fərid Pərdəşünas imtahana buraxılmayıb. Səbəbini soruşduqda isə qapıdakı polis əməkdaşı ona içəridə "ana-bacı var" deyə cavab verib. Azərbaycanda dövlət orqanlarına şortik və mini yumka ilə girişə qadağa qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, dövlət məmuruna ayrıca formanın tədbiq edilməsi yanlışdır:

"Digər şəxslərdən söhbət gedirsə, onlar müvafiq dövlət orqanlarına konkret forma ilə daxil olurlar. Düşünürəm ki, bununla bağlı problem yoxdur. Əgər müəyyən idarənin və müəssisənin qaydalarına uyğun geyim forması varsa və buna zidd hərəkət edilirsə haqlı olaraq irad bildirilməsi mümkündür. Amma neftçi şəhərdə işləyirsə o, işə kambizon geyinib getməyəcək ki?

Amma dənizdə, mazutun içərisindədirsə mütləq qoruyucu paltarlar geyinməlidirlər. İşin prinsipinə uyğun məsələyə yanaşılmalıdır. Bəlkə də o gün haqlı irad bildiriblər. Çünki sürücü vəsiqəsi üçün mini ətəkdə imtahan vermək istəyirsə, vəziyyəti nəzərə alaraq buna icazə verilmirsə burada haqlılıq payı var. Yəni getdiyin yerin şərtlərinə uyğun geyinmək məqsədə uyğundur.

Arzuya görə paltarlar geyinilsə, bu müəyyən qarşılıqlara səbəb olacaq. Normal həyatda geyimə heç kim qarışmır. Amma dövlət müəssisəsi ilə bağlıdırsa, burada müəyyən iradlar səsləndirilə bilər. Bunu bütövlükdə qanuna salmaq və qadağaedici formaya salmaq düzgün deyil.
İnsanlar öz seçimlərinə uyğun istənilən formada geyinə bilərlər. Müəyyən yerlərdə geyimlərin hansısa bir narahatlıq yaradacaq səbəblər varsa ictimai qınaqla münasibət bildirilməsi daha doğru olar".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3508   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Bakıda bəylə gəlinin qeyri-ənənəvi addımı müzakirələrə yol açdı - VİDEO

Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb. Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib. Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb. Belə ki, onlar qapılar açılar-açılmaz əcnəb

22 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22 aprel
.

Həftəsonu keçirilən imtahan nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

2024-cü il aprelin 21-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) -a bildirilib. Qeyd edilib ki, hazırda imtaha

22 aprel
.

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

"Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən binanın əyilməsi ilə bağlı məlumat vermişdik. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizli

22 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel