Tibb Mərkəzində vergidənyayınma halları aşkar edildi

Tibb Mərkəzində vergidənyayınma halları aşkar edildiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "İLLAC" MMC-yə məxsus, Bakının Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən "Funda" tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib.

Bu barədə Sonxeber.az-a Xidmətdən məlumat verilib.

Nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.

"Funda" tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.

"Funda"nın rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.

Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.

"DVX bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək", - deyə qurum bəyan edib.


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 866   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bu gündən şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydası DƏYİŞDİRİLDİ

Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edilməsi barədə 21 avqust 2020-ci il tarixli qərarı bu gündən qüvvəyə minir.. . Sonxeber.a

21 sentyabr

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib. Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

20 sentyabr

Koronavirusla Mübarizə Fonduna yığılan vəsait artıb - Ən çox pul KÖÇÜRƏNLƏR

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələr davam edir.. . Sonxeber.az saytı xəbər verir ki, bu günə olan məlumata əsasən, fonda ümumilikdə 93 milyon 752 min 626 manat ianə toplanıb.

20 sentyabr

Azərbaycanda avtomobil benzinin istehsalı artıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2124,2 milyon manat olmaqla, әvvәlki ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,2 faiz artıb.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, neft mәhsullarından neft bitumunun istehsal

20 sentyabr

Qroznı-Bakı neft kəmərinin tikintisi başa çatmaq üzrədir

"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.. . Sonxeber.az bildirir ki, Trend bu barədə "Çernomortransneft"ə istinadən məluma

20 sentyabr

Mərkəzi Bank sığorta agentlərindən birinin lisenziyasını LƏĞV ETDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta agentlərindən birinin lisenziyasını ləğv edib. . . Sonxeber.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. . . Məlumatda deyilir ki, "Sığorta fəaliyyəti haqqında" qa­nuna və AMB-nin İdarə Heyətinin 15 sentyabr 2020-ci il tarixli qərarın

19 sentyabr

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib. . . Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edib.. . Bu barədə Sonxeber.az-a Mərkəzi Bankdan bildirilib. . . Bu qərar inflyasiyan

18 sentyabr

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 43,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.. . Sonxeber.az Trend-az-a istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanı

18 sentyabr

SOCAR-da satınalmalar necə həyata keçirilir?

Təcrübə göstərir ki, dövlət satınalmaları prosedurları bütövlükdə dövlətin iqtisadi vəziyyətinin effektivliyinin artırılması mexanizmlərindən biri olaraq həyata keçirilir.. . "Report"un məlumatına görə, inkişaf etmiş ölkələrdə dövlət sifarişləri iqtisadiyyatın güclənməsi üçün əsas üsullarda

18 sentyabr