SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülübSOCAR AQŞ Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının Səriştəliliklərin Qiymətləndirilməsi proqramının beynəlxalq standartlara uyğun akkreditasiyasını alıb.

Şirkətdən "Report"a verilən məlumata görə, Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının əsas məqsədi hər bir işçinin öz vəzifəsinə uyğun bilik və bacarıqlara sahib olduğunu və iş sahələrində pozitiv və sağlam mədəniyyətin təmin edilməsi üçün lazım olan davranışları nümayiş etdirməkdir.

Proqram SOCAR AQŞ üçün bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə müəssisənin böyük operator şirkətlərinin layihələri üzrə aparılan tenderlərdə qalib ola bilməsi üçün əlavə imkanlar yaradacaq. Digər tərəfdən, SOCAR AQŞ ailəsinin əsas gücü olan əməkdaşlarının səriştəliliklərinin artırılması ilə beynəlxalq səviyyədə peşəkarların yetişdirilməsi və əməliyyatların daha keyfiyyətli və təhlükəsiz aparılması üçün dəstək rolunu oynayacaq.

Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının daha bir əhəmiyyəti isə SOCAR AQŞ kollektivi üçün açdığı yeni üfüqlərdir. Belə ki, proqram tam şəffaf qiymətləndirmədə iştirak etmək şansı verməklə əldə edilən nəticəyə uyğun olaraq karyera pilləsində yüksəlmə imkanı yaradacaq. Bundan başqa, proqram əməkdaşların hazırkı vəzifəsi üzrə inkişaf etmək və gələcək vəzifələrə uyğun püxtələşmək üçün əsas meyar rolunu oynayacaq.

SOCAR AQŞ-nin Təşkilati İnkişaf şöbəsinin müdiri Cəmilə Əşrəfli bildirib ki, müəssisənin 2020-ci ilin əvvəlində müəyyən etdiyi 5 priotitet sahədən biri səriştəliliklərin inkişaf etdirilməsi olub: "Artıq 1 ildir ki, müəssisəmiz bu sahənin inkişaf etdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində iri addımlarla irəliləyir. Bu prioritet sahənin bu il üçün nəzərdə tutulan əsas hədəfi IADC (Beynəlxalq Qazma Podratçılarının Assosiasiyası) tərəfindən Səriştəliliklərin Qiymətləndirilməsi Proqramının akkreditasiyasına nail olmaq idi. Bu akkreditasiya beynəlxalq operator şirkətləri tərəfindən yüksək peşəkarlıq nişanı kimi qiymətləndirilir. Bu gün biz fəxrlə qeyd etmək istərdik ki, iyul ayının 1-dən IADC tərəfindən bu sertifikata layiq görülmüş çox az sayda şirkətlərin arasında bizim də adımız sadalanır".

Proqramın ilk mərhələsində özüllərdə fəaliyyət göstərən hər bir vəzifə üçün səriştəlilik profilinin hazırlanması və həmin vəzifə sahibinin səriştəliliklərinin təmin olunması və inkişaf etdirilməsi nəzərdə tutulub. Bununla da müəssisə olaraq, SOCAR AQŞ 2020-ci il üçün qarşıya qoyduğu hədəflərə çatmaqla sifarişçi və podratçılarına əvəzolunmaz tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək.

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1542   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021