Vaksin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi? - AÇILQLAMA

Vaksin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi? - AÇILQLAMAXəbər verdiyimiz kimi, ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib. Bundan əlavə, Azərbaycana koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzalanıb. Vaksinin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, "COVİD 19"un özünü bundan sonra necə aparacağını heç kim bilmir:

"Biz həmişə deyirik ki, pandemiya hələ bitməyib. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da elan edib. Sadəcə olaraq biz pandemiya ilə yaşamağı öyrənməliyik. Buna uyğun olaraq sərt karantin rejimindən yumşalmalara gedildi. Təbii ki, insanların sərt karantin rejimi zamanı əldə etdiyi vərdişlər əsasında biz özümüzü koronavirusdan qoruya bilərik. Məktəblərdə koronavirusun yayılması gözlənilən idi. Çünki məktəblər daha çox ictimailəşən yerdir. Uşaqların sosial məsafəni qoruması çətindir. Uşaq təbiyyəti çılğındır. Daim həmyaşıdları ilə təmasdadırlar. Düşünmürəm ki, bu əlamətdə təcrid olunanların hamısı koronavirusa yoluxub".

Deputat vurğulayıb ki, havaların nisbətən soyuması, payız fəslinin gəlməsi və birdən-birə iqlim dəyişimi bir çox yuxarı tənəffüs xəstəliyini üzə çıxara bilər:

"Təbii ki, bu o demək deyil ki, sərt karantin rejiminə keçirilməlidir. Daxili şərtlərlə məktəblərdə təhsil davam edəcək. Burada da könüllülük prinsipi var. Valideynlər var ki, övladlarının təhsili distant davam etdirmələrini istəyirlər. Bu seçim hüququ şagirdlərə və valideynlərə veriləcək. Hesab edirəm, biz qoyulan qaydalara əməl edərək bu virusla mübarizə aparmalıyıq".
Deputat qeyd edib ki, bu gün ölkəmizin iqtisadi fəalığını da nəzərə almalıyıq:

"Bilirsiniz ki, Ermənistan tərəfindən ölkəmizə qarşı hər gün müxtəlif xarakterli təxribatlar törədilir. Ona görə də koronavirusla yaşamağı öyrənərək həyatımıza davam etməliyik. Təbii ki, karantin qaydalarına əməl edilməsi vacibdir. Pandemiya bitənə kimi biz yoluxma hallarına rast gəlməyə davam edəcəyik.

Vaksinin tədbiq edilməsinin qaydaları var. Hansı ölkənin vaksininin daha effektiv olaması bəlli olduqdan sonra peyvənd ölkəyə gətirilə bilər. Vaksinin gətirilməsi üçün müqavilə bağlamaq asandır. Bu gün koronavirus əleyhinə çox sayda vaksinlər hazırlanır. Bu vaksinlər lazım olan kliniki və tədqiqat mərhələlərindən keçmədən heç kim deyə bilməz ki, hansı daha effektivdir. Vaksindən sonra əhalinin nə qədər böyük hissəsinin immunitet qazanacağı məlum deyil. Bu gün vaksinə ümid etməməli, özümüz özümüzü qorumalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3464   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel