Tramp "TikTok" ilə bağlı müqaviləni ilkin təsdiqlədi

Tramp "TikTok" ilə bağlı müqaviləni ilkin təsdiqlədiABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkəsi "TikTok" ilə bağlı müqavilə imzalanmasına ilkin razılıq verdiyini açıqlayıb.

Sonxeber.az Report-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısı jurnalistlərə açıqlamasında bu barədə bildirib.

"Müqavilə hazırlanır. İlkin razılıq vermişəm. Tam təhlükəsizliyimiz olmalıdır", - o deyib.

Qeyd edək ki, Tramp avqustun 14-də imzaladığı fərmanla "TikTok"un sahibi olan Çinin "ByteDance Ltd." şirkətinə müqavilə imzalanması üçün 90 gün möhlət verib, yəni noyabrın 12-dək prosedurlar tamamlanmalıdır.

"TikTok"un ABŞ-dakı əməliyyatları ilə bağlı saziş Çin tərəfdən də təsdiq tələb edir. "ByteDance" Trampın "TikTok" amerikalı istifadəçilərinin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını aradan qaldıracağına ümid etdiyi təklifi ABŞ səlahiyyətlilərinə təqdim edib.

Bu təklifə əsasən, "ByteDance" "TikTok"un əməliyyatlarını yeni şirkətə - "TikTok Global"a həvalə edəcək. O da servisin ABŞ-da və Çin istisna olmaqla, dünyanın digər ölkələrində xidmətindən məsul olacaq. "Oracle" və "Walmart" ümumilikdə "TikTok Global" şirkətinin 20%-ni əldə edəcək. "Oracle" yeni şirkətin 12,5%-ni alacaq və servis bulud saxlama xidməti təminatçısı olacaq, "Walmart" isə "TikTok Global" şirkətinin 7,5%-ni əldə edəcək və elektron ticarət və ödəniş xidmətləri daxil olmaqla, bir sıra sahələrdə onun tərəfdaşı olacaq. "TikTok Global"ın 80%-nə sahib olacaq "ByteDance"ın 40%-nin amerikalı investisiya fondlarına məxsus olduğunu nəzərə alsaq, "Oracle" və "Walmart"ın payları ilə birlikdə "TikTok Global" ABŞ-dan olan investorlar tərəfindən idarə olunacaq.

"TikTok Global"ın ABŞ-da 25 mindən çox yeni iş yeri yaradacağı və büdcə üçün 5 milyard ABŞ dollarından çox vergi ödənişi təmin edəcəyi gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 886   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel