SMS icazə yenidən tətbiq edilir? -AÇIQLAMA

SMS icazə yenidən tətbiq edilir? -AÇIQLAMABir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Bəs, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı?

Sonxeber.az redaktor.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız olduğunu bildirib: "Karantin qaydalarını əvvəlki kimi sərtləşdirməyə, insanları evdə saxlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, bütün bunların əvəzinə nəzarəti artırmaq lazımdır. Bu haqda dəfələrlə demişəm, karantin nə qədər sərt olsa belə, insanlar ona əməl etməyəcəyi təqdirdə nəticəsi olmayacaq. Çünki bir çox insan bu günə qədər məsələnin mahiyyətini dərk etməyib.

Misal üçün, Qubada müəllimlərin virusa yoluxma halı qeydə alınıb. Çox güman ki, həmin müəllimlər karantin qaydalarına əməl etməyiblər. Düşünün, müəllim hələ də virusun ciddiliyini dərk etməyib qaydalara əməl etmirsə, o, uşaqlara bunu necə başa salacaq? Baxın, əsas məsələ budur. İlk növbədə bu məsələləri həll etmək lazımdır. Bunlar həll olunmadan bütün görülən tədbirlər effektsiz olacaq".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də açıqlamasında karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac olmadığını bildirib:

"Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejiminin sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2559   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Elm və Təhsil Nazirliyi "Şərq-Qərb" ASC (VÖEN - 20043631) ilə 1 milyon 996 min 500 manat dəyərində satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilənin şərtlərinə görə "Şərq-Qərb" ASC nazirliyin sifarişi əsasında yeni dərsli

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel