Qocalmağı gecikdirən meyvə – Xərçəngin düşməni

Qocalmağı gecikdirən meyvə – Xərçəngin düşməniGündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər.

Sonxeber.az sağlamlığımız üçün daha çox faydalı olan və heç kimin süfrədən əksik etməməli olduğu yay meyvələrini təqdim edir:

Qarpız
Vitamin və mineralla çox zəngindir. Tərkibindəki likopen maddəsi həm xərçəng riskini azaldır, həm də damar sağlamlığı üçün faydalıdır. İmmun sistemini gücləndirir, bədəni infeksiyalara qarşı daha davamlı edir. Tərkibindəki A vitamini göz sağlamlığının qayğısına qalır. Bədəndən toksik maddələri atmağa kömək edir. Barmaq qalınlığında bir dilim qarpız bir porsiya hesab edilir.

Gilas
A, C, K vitaminləri, o cümlədən fosfor, kalsium, dəmirlə zəngindir. Bağırsağın dostu kimi tanınır. Qəbzlik problemi yaşayanlar üçün ən yaxşı dərman vasitəsidir. Gilas həm də oynaq kirəclənməsindən əziyyət çəkənlər üçün də əsl tapıntı hesab edilə bilər.
Tərkibindəki faydalı birləşmələr ürək-damar xəstəliklrindən qoruyur. 10-12 ədəd gilas bir porsiyaya bərabərdir.

Gavalı
Qan şəkərini tənzimləyir, güclü antioksidantdır. Həzm sistemini gücləndirir, qəbzliyi aradan qaldırır, metobolizmanı sürətləndirir.
Zəngin lif qaynağı olan gavalı toksik maddələri bədəndən çıxarmağa da kömək olur. 2 orta ölçülü gavalı bir porsiya hesab edilir.

Üzüm
Xolestrolu azaldır, vitamin tərkibi olduqca yüksəkdir. Yayda təzəsi, qışda isə qurudulmuşunu süfrədən əksik etməmək məsləhətdir. Üzüm qanın laxtalanmasının qarşısını alır. Bu sayədə də ürək-damar xəstəliklərindən qorumağa kömək edir. Gündəlik 1 salxım və ya 20 gilə üzüm bir porsiyadır.

Şaftalı
A və C vitaminlərinin mənbəyi olmaqla yanaşı tərkibindəki flavonoidlər sayəsində diabet və ürək xəstəliklərindən qoruyur. Ancaq çox istifadə qəbzliyə səbəb ola bilər. Gündə 1 ədəd yemək kifayətdir.

Əncir
Qocalmanı gecikdirir, tərkibi liflə zəngindir. Həzm sistemini tənzimləyir, bağırsaqlrı daha yaxşı işlədir.
Əncir hüceyrələrin yenilənməsinə kömək edir, immun sistemini gücləndirir, xərçəngdən qoruyucu vasitə hesab edilir. Ancaq çox istifadəsi ishala yol aça bilər./xezerxeber


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6094   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021