Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?-RƏSMİ AÇIQLAMA

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?-RƏSMİ AÇIQLAMATəhsil Nazirliyinin açıqladığı statistikaya görə, yeni dərs ili başlayandan bu günədək 105 şagird və məktəblərdə işləyən 33 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda yoluxma səbəbindən Quba rayonunun Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bu günədək distant təhsilə keçən siniflərin sayı isə 6-dır.

Bəs yoluxma artarsa, məktəblər yenidən bağlana bilərmi?

Təhsil Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, "Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın təsdiq edilməsi barədə qərara əsasən, kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir".

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla "Report"a açıqlamasında qapalı məkanlarda karantin qaydalarına əməl edilməməsi nəticəsində yoluxmaların artdığını söyləyib: "Uşaqlarda virus özünü əlamətsiz göstərir. Bəzən onlar yoluxma mənbəyi kimi də çıxış edirlər. Ona görə də müəllimlər ehtiyatlı olmalıdırlar. Əllərin dezinfeksiyasına, maska tapmaq məsələlərinə ciddi fikir verməlidirlər. Müəllimlər qapalı mühitdə oturur, söhbət edirlər. Bəzi məktəblərdə standartlara uyğun şərait yoxdur. Buna görə də müəllimlər tənəffüs vaxtı mümkün qədər açıq havada olsun və gəzişsinlər. Nəinki qapalı müəllimlər otağında maskasız söhbət etsinlər. Bu səbəbdən müəllimlərə ciddi təlimatlar verilməlidir. Yoluxmalar artsa belə məktəbləri bağlamaq yox, yoluxanları izolyasiya, məktəbi dezinfeksiya etdirmək və sərt karantin rejiminə ciddi əməl etmək lazımdır".

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?-RƏSMİ AÇIQLAMATəhsil eksperti Elçin Süleymanov isə "Report"a deyib ki, məktəblərdə yoluxma olarsa, lokal qaydada məktəb və ya siniflər bağlanacaq: "Qubada yoluxma aşkar olunandan sonra məktəbi bağlayıblar. Bu proses bu şəkildə davam edəcək. İnkişaf etmiş ölkələrin çoxunda buna bənzərdir. Yəni bütün təhsil sistemini bağlamaq yox, lokal olaraq məhdudlaşdırılması həm prosesi təhsil alanlar üçün təhlükəsiz edir, həm də ölkə təhsil prosesindən qopmamış olur. Çünki bütün ölkə üzrə bölgələrin narıncı və sarı zona olmasından asılı olmayaraq, bütün ölkəyə eyni standartın tətbiq edilməsi düzgün olmaz. Yoluxan, yoluxmayan və risk olmayan bölgələr var".

Onun sözlərinə görə, virusdan qorunmaq üçün ən düzgün yol məktəbə gələn şagirdlərin temperaturunun ölçülməsi, gigiyenik vasitələrdən istifadə edilməsidir: "Yoluxmalar müəllimlərin qaydalara əməl etməməsindən qaynaqlanıb. Deməli, qaydalara riayət olunarsa, ciddi fəsad olmaz. Mütləq xəstə, temperaturu olan birinin məktəbə girişini əngəlləmək lazımdır. Burada həm valideynlər, həm də məktəb məsuliyyətli olmalıdır".

Mütəxəssis hesab edir ki, məktəblər də cəmiyyətin bir hissəsi olduğundan yoluxmaların olması normaldır: "Yəni sırf məktəbləri infeksiya, yoluxma mənbəyi kimi düşünmək səhv olardı. Çünki yoluxmalar hər tərəfədə, marketdə, avtobusda və başqa yerlərdə, həmçinin məktəbdə var. Amma məktəbdə qoruyucu addımlar daha çox atılır, nəinki nəqliyyatda və küçədə. Düşünürəm ki, Təhsil Nazirliyinin prosesi bu cür idarə etməsi düzgün addımdır. Gələcəkdə yoluxanların sayı tez və sürətli şəkildə artarsa, o zaman bağlana bilər, amma bu statistikadan, yoluxmanın mənbəyindən asılıdır. Bunlar dəqiq analiz edildikdən sonra qərar verilə bilər".

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?-RƏSMİ AÇIQLAMAAzərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev də pandemiya dövründə məktəbləri tam bağlı saxlamağı düzgün mübarizə üsulu saymır: "Müəyyən formada məktəblərin açılması ilə bağlı yumşalmalar olmalıydı və biz bu yumşalmaları təqdirəlayiq hesab edirik. Bu, inkişaf etmiş bütün ölkələrdə belədir. Amma yumşalmalarla yanaşı, şagirdlər arasında virusun hansı şəkildə yayılması mütləq olaraq öyrənilməlidir və buna uyğun da növbəti addımlar atılmalıdır. Bunun üçün də bir sıra ölkələrdə olduğu kimi uşaqlar və müəllimlər arasında, hətta məktəbdaxili yoluxma faizinin müəyyənləşdirilməsi üçün elmi tədqiqatlar aparılmalıdır. Müəllim və şagird heyəti arasında yoluxmanın dərhal aşkarlanması üçün tibbi göstəriş daxilində mütəmadi olaraq test aparılmalıdır".

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?-RƏSMİ AÇIQLAMAOnun fikrincə, valideynlər də müəllim və məktəb rəhbərləri kimi öz məsuliyyətini dərk etməlidirlər: "Əgər məktəblərdə yoluxma artırsa, bu, qaydalara əməl olunmamasından irəli gəlir. Bu da məktəblərin bağlanmasına gətirib çıxara bilər. Digər tərəfdən, müvafiq orqanlar da düşünməlidir ki, niyə görə 5 000 nəfərdən çox valideyn uşağını məktəbə qoymur. Fikrimcə, burada inam məsələsi çox böyük rol oynayır. Valideynlərin də inamını qaytarmağın yeganə yolu görülməli olan elmi tədqiqatlarla və tədqiqatların nəticəsinə əsaslanan faktlarla açıq danışmaqdan başlayır".

Qeyd edək ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin martın 3-də Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılmışdı. Dərslər isə onlayn şəkildə keçirilmişdi. Məktəblər yalnız yeni tədris ilində - sentyabrın 15-də açılıb


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2779   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

"Mal-qaramız illərdir oğurlanır, cinayətkarlar isə tapılmır"

"Düz 5 ildir ki, mal-qaramız oğurlanır. Oğurluq edənlər isə tapılmır. Artıq qapımızda heyvan qalmayıb". Bu şikayətlə "Qafqazinfo"ya Quba rayon sakini, təsərrüfatçı Rauf Piriyev müraciət edib. Mal-qarasının oğurlanmasından gileylənən təsərrüfatçı deyir ki, hadisə Abşerondakı qışlaqd

16 aprel
.

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

16 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Bakıda 12 yaşında qaçırılaraq övlad sahibi olan Ülkərlə bağlı RƏSMİ AÇIQLAMA+YENİLƏNİB/VİDEO

Bakıda azyaşlı olarkən qaçırılaraq nikaha daxil edilən Ülkərlə bağlı məsələ nəzarətə götürülüb. Bunu -in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, artıq xanımla danışılıb və araşdırma aparılır. İctimaiyyətə ətrafl

16 aprel