Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?

Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?Bugünkü pandemiyadan ən çox təsirlənən sahələrdən biri uşaqların sosiallaşması, onların düzgün fiziki və pedaqoji inkişafı ilə bağlıdır.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə psixoloq Elnarə Baxışlı deyib.

Onun sözlərinə görə, qeyd olunan sahələr sağlam şəxsiyyətin formalaşması üçün zəruri şərt hesab olunur:

"Təbii ki, onlayn, virtual təhsil kimi hər bir yeniliyin həm müsbət, həm də mənfi təsirləri var. Çünki bu, könüllü seçim deyil, bunu etmək məcburiyyəti var. Onlayn təhsil əvvəlki illərdə də bəzi ölkələrdə olub. Məsələn, əlverişsiz şəraiti olan Avstraliyada bu tətbiq edilib, lakin orada bu, fərdi seçim əsasında olub".

Onlayn təhsilin mənfi tərəfini qeyd edən psixoloq hesab edir ki, davamlı olaraq, telefon və kompüterlə keçən bir həyat tərzi uşaqların fiziki inkişafında problemlər yaradacaq. Evdə ailədaxili vəziyyətlə bağlı da narahatlıq varsa, bu, uşağa onlayn dərsdə oturmaqda çətinlik yaradacaq. Çoxuşaqlı imkansız ailələrin uşaqları da eyni vaxtda telefon və ya kompüterdə dərs keçə bilməyəcəklər. Digər tərəfdən, müəllimin eyni vaxtda onlayn olaraq bütün uşaqları izləmə imkanı olmaya bilər.

Psixoloq qeyd edib ki, internet problemləri dərsin axıcılılığını, emosional təsirini azaldacaq.

Belə mənfi nüansların hansı formada aradan qaldırılmasının mümkünlüyünə gəldikdə, E.Baxışlı qeyd edib ki, uşaqların psixoloqla əlaqəsi təmin edilməli, həftədə 1 dəfə uşaqlarla üz-üzə, canlı təmaslı dərslər qurulmalıdır. Bundan başqa, həftədə 1 dəfə açıq havada və ya geniş qapalı meydanda məsafə saxlamaq şərtilə idman dərsləri keçirilə bilər. Müəllimlərə gəldikdə, onlar üçün xüsusi onlayn təhsilin aparılmasına dair metodik kurslar keçməli və psixoloji konsultativ dəstək göstərilməli, pedaqoji bacarıqların virtual yollarla keçirilməsi ilə əlaqədar başqa ölkələrə məxsus təcrübələrin paylaşılması üçün xarici pedaqoji işçilərlə əməkdaşlıq etmək olar.

Onlayn təhsilin müsbət təsirlərindən danışan E.Baxışlı bildirib ki, onlayn təhsil sosial fobiyası olan uşaqlar üçün öz pedaqoji, intellektual bacarıqlarının göstərməsi baxımından daha səmərəli olacaq. Uşaqlar məktəbə getmək və gəlmək üçün vaxt itirməyəcəklər. Davamlı olaraq, ağır məktəb çantaları daşımayacaqlar. Ev şəraitində olduqlarından tənəffüslərdə "fast food" yeməkləri deyil, ev yeməkləri yeyərək daha sağlam qidalanacaqlar. Evdə daha gigiyenik şəraitdə olacaqlar. Valideynlər isə onlayn dərslərin hesabına evdə uşaqlarının dərsdəki fəaliyyətini izləmək imkanı əldə edirlər:

"O ki qaldı azyaşlı məktəblilərimizə, onların kompüter qarşısında davamlı otura bilməsi dərsin məzmun və tempinin təşkilindən asılıdır. Bu qrup üçün dərslər daha hərəkətli, emosional çalarlı, diqqəti müəllimdə saxlaya biləcək şəkildə olmalıdır. Əsas müraciətim isə valideynlərə olacaq. Yeni dərsə başlamış uşaqlar valideynlər üçün nümunə və özünüsübüt obyekti olmalı deyil. Ona görə də onlayn dərslər zamanı uşaqların səhv dediklərinə müdaxilə etmək, danlamaq, kiminləsə müqayisə etmək gərək deyil. Bu, onların sinif qarşısında özlərinə hörmət hissini aşağı salacaqdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 979   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart