Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi

Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdiTələbə adını qazananların siyahısının dərc olunduğu "Abituriyent" jurnalının 7-ci nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.az-a verilən məlumata görə, jurnalda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb.

Təbrikdə deyilir: "2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəti­cəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Virusla bağlı vəziyyət həyat tərzimizin bir neçə həftə, hətta bir neçə gündə necə dəyişə biləcəyini göstərdi. Bu il, həyatı­mızın bütün sahə­lərinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayan­dırıldı, qısa müd­dətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçiril­di, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurul­ması zərurəti yarandı.

Təbii ki, Dövlət İmtahan Mərkəzi tərə­fin­dən keçirilən bütün imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi­yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı töv­siyə­ləri nəzərə alınmaqla sosial məsafənin qorunması, im­ta­han verənlərin sayına ciddi məhdu­diyyətin qoyul­ması və yalnız Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə həyata keçirildi.

Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təh­silinizi davam etdirmək məcburiyyətində qaldınız. La­kin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəl­mək­də insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.

ƏTRAFLI
Red Bull
Biz sizi, yenicə tələbə adını qazanmışları bu mü­rəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Gələcəkdə də qarşınıza çıxa biləcək çətinliklərə təslim olmamağa çalışın. Həmişə pozitiv dəyi­şik­liklərə can atın, ailənizə, cə­miy­yə­tə, bütövlükdə Res­publikamıza vicdanla xidmət etmək və layiqli vətən­daş olmaq üçün bütün im­kan­larınızı səfərbər edin!

Əziz tələbələr, Dövlət İmtahan Mərkəzi sevincinizi bölüşür. Biz qəbul kampaniyasının bütün mərhə­lə­lərində sizinlə olduq, imtahanlara hazırlaşmaqda sizə daim yar­dımçı olmağa çalışdıq. Bu məqsədlə buraxılış və qəbul im­tahanları proqramlarından ümumi təhsil müəs­sisə­lərində martın 1-dən sonra tədris olunan mövzular çıxarıldı, yazılı cavab tələb edən açıq tipli test tap­şırıq­larının sayı yarıbayarı azaldıldı. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­diki vəsaitlərin nəşri, "Vizuallaşdırılmış dərs" sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xid­mətlərinin göstərilməsi sizin imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyırdı.

Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları gör­mək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həm­çinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danıl­mazdır. Biz onlara da sizin təhsil nailiy­yətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bil­di­ririk. Onlar sizi öyrətmiş, qar­şınıza qoyduğunuz məq­sə­də çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışmışlar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər.

Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vər­diş­lərə yiyələnməyinizi arzu edirik! Bu gün, sözün əsl mə­na­sında, qarşınızda bütün dünya açıqdır. Məq­səd­lərinizə nail olmaq üçün imkanların tükən­məzliyinə əmin olun. Səhv etməkdən qorxmayın. Uğur­suz­luqlar və prob­lem­lər qarşısında təslim olmayın. Yadı­nızda saxlayın, demək olar ki, hər bir vəziyyətdən çıxış yolu var. Öz üzərinizdə daim çalışsanız, can atdığınıza mütləq nail olacaqsınız!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2492   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel