Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Onu işdən qovan müdirinin evinə gəldi, ailəsinin gözü önündə... - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATIBakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Paşa Qələndərovun cinayət işi.

Sonxeber.az xəbər verir ki, hadisə Keşlə qəsəbəsi, Sabir küçəsində əslən Gəncə şəhərindən olan Vüsal Xəlilovun kirayə yaşadığı mənzildə baş verib.

Həmin ünvanda yaşayan 37 yaşlı Vüsal Xəlilov 27 bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisə vaxtı mərhumun həyat yoldaşı və azyaşlı uşaqları evdə olublar.

Qətlə yetirilən Vüsal Xəlilovun həyat yoldaşı bildirib ki, ərini öldürən şəxs çox güman ki, onu tanıyıb və cinayəti qısas məqsədi ilə törədib.

Təxirəsalınmza istintaq əmliyyat tədbirləri nəticəsində iki gündən sonra polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Paşa Qələndərovu yaxalayıblar.

İş üzrə dindirilən şəxs Xəlilovu qətlə yetirdiyini etiraf edib./ölkə.az

İstintaqla müəyyən olunub ki, Paşa Qələndərov "28Mall" ticarət mərkəzindəki mağazanın meneceri Vüsal Xəlilov tərəfindən işlədiyi anbardan vəzifəsindən azad edilməsini özünə qarşı ədalətsizlik kimi qəbul edib.

Bu məqsədlə qisas almaq məqsədi ilə Vüsal Xəlilovu öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün Qələndərov Vüsal Xəlilovu iş yerindən mənzilinə kimi izləyərək yaşadığı ünvanı dəqiqləşdirib. Növbəti gün saat 21:00 radələrində həmin qəsəbəyə gəlib. Evin işıqlarının yanmadığını görüb Vüsalın qayıtmasını gözləyib. Təxminən 1 saatdan sonta Xəlilov ailəsi ilə birgə evə gəlib. Onların ardınca Paşa evə tərəf gələrək qapını döyüb. Vüsal qapını açan kimi evə daxil olub və ona bıçaqla çoxsaylı zərbələr endirməyə başlayıb.

Arvadı Esmira və azyaşlı uşaqların gözü qarşısında Vüsal Xəlilova 27 bıçaq zərbəsi vurub.

Qadın uşaqlarla yataq otağına qacıb qışqırmağa başlayıb. Paşa qadının üzərinə bıçaqla gedərək qışqırmamasını tələb edib.

Daha sonra dəhlizdə yaralı vəziyyətdə olan Vüsal Xəlilovun yanına qayıdaraq onun boğazını kəsib və hadisə yerindən qaçıb.

Paşa Qələndərov məhkəmədən ona cəza təyin olunarkən əvvəllər məhkum olunmamasını, gəncliyini və törətdiyi əməldən peşman olmasını nəzərə almağı xahiş edib.

Məhkəmə qərara gəlib ki, Qələndərovun cinayət əməli 120.2.4-cü (xüsusi amansızlıqla qəsdə adam öldürmə), 134-cü(öldürmə ilə vəya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü(qanunsuz olaraq soyuq silahı əldə etmə) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinın hökmü ilə Paşa Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Qələndərov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi onu şikatəyini təmin etməyib və 1-ci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


Sonxeber.az Telegramda izləyin
Kriminal   Baxılıb: 3970   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Atasını xüsusi amansızlıqla öldürən yeniyetmənin məhkəməsi başlayır

Quba rayonunda atasını qətlə yetirən gənc oğlanın barəsində olan cinayət işinin istintaqı yekunlaşıb. Trend-in məlumatına görə, hadisə bu ilin fevral ayında Quba rayonunun Birinci Nügədi kəndində baş verib. Rusiya vətəndaşı Bəşarət Şükürov yaşadığı evdə oğlu, 2001-ci il təvəllüdlü Mətləb Şükürovla mübahis

23 sentyabr

Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.. . Sonxeber.az xəbər verir ki, qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunub.. . Sənədə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquq

21 sentyabr

Xızıda dəhşət: Dayı bacısı oğlunu bıçaqladı

Sentyabrın 19-da Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.. . Bu barədə Sonxeber.az-a Xızı rayon prokurorluğundan məlumat verilib.. . Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerin

21 sentyabr

"Mənə vergi verilib" deyərək bibisini öldürdüyü iddia edilən şəxs barədə DİN-dən AÇIQLAMA – VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə "vergi verildiyi" deyilən Emin Ramazanov adlı şəxsin görüntüləri yayılıb.. . Videoda həmin şəxs zob xəstəliyindən əziyyət çəkən doğma bibisini qeyri-adi üsullarla müalicə edərkən qadının anidən huşunu itirdiyi görünür. Bu videonun ardından qadının vəfa

21 sentyabr

Abşeronda hamilə arvadının başını kəsən kişi ilə bağlı – Yeni xəbər

Abşeron rayonunda hamilə arvadını öldürməkdə ittiham olunan Anar Bəkirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının təqdimatına baxılıb.. . Sonxeber.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baş tutan iclasd

20 sentyabr

Paytaxtda evdən və avtomobildən oğurluq edənlər tutuldu

Bakıda evdən və avtomobildən oğurluq edilib.. . Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.. . Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-nə keçən gec

19 sentyabr

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 33 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.. . Axtarışda olduğuna gör

19 sentyabr

Masazırda 15 min manatlıq oğurluq

Abşeronda oğurluq hadisəsi baş verib.. . Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.. . Bildirilib ki, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 00

19 sentyabr

Sumqayıt sakinindən odlu silah götürüldü

Sumqayıt sakinindən odlu silah götürülüb.. . Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H. Z. Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Kərimovda

19 sentyabr