Tarix yazan qədim boyatlar – o illərin məktəbi...!

Tarix yazan qədim boyatlar – o illərin məktəbi...!Qədim şərqin bir hissəsi olan Azərbaycan zəngin tarixi-keçmişi ilə həmişə diqqəti cəlb edib. Soy-kökümüzün türk soylu olması buna rəvac veriri ki, bizlər qoca Qafqazın ən qədim sakinləriyik.
İstərdim ata-babalarmızın yaşadığı qədim tarixə söykənən Ağcabədidə yerləşən Bayatlar, Bayat qalası və Boyat məktəbinin tarxi keçmişi haqqında bir az sizlərlə bölüşəm...

Boyatlar, boyat toponimi

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.

Boyat "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıcı və cərəyan etdiyi coğrafi adlardan biridir. Boyat sözü bu cür mənaları verir: Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata, həm də Bəy odu, Tanrı odu" kimi açıqlanmışdır. Tanrı, qədim, dövlətli, köhnə, Bay At (Babamdan eşitmişdim, yəni atlı bəy") və s.

Asiya ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş məlumatlar vardır. Bayat soyunun dünyada məşhur həmişə yaşar, ad-san qazanmış nümayəndələri var. Orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzuli də Bayat boyundandır. Ağcabədinin Bayat kəndindən olan Süleyman kişinin oğludur və İraqa da məhz həmin mahaldan köçüb gedib.

Ağcabədi bölgəsi XVIII əsrin ortalarınadək Bayat nahiyəsi adlanırdı. Hazırda Azərbaycan ərazisində bir neçə Bayat adlı kənd var. Onlardan biri də Ağcabədidədir. Çar üsul-idarəsi dönəmində Şuşa qəzasına, xanlıq çağında Kəbirli mahalına bağlı idi. Bəylərbəylik zamanında isə özü nahiyə mərkəzi olmuşdur. Bayat kəndi bayat elinin bir oymağının yerləşməsindən yaranıb. Bu el qədim çağlardan Qarabağda kök salmışdır. Öncə köçəri yaşam sürsələr də, sonradan oturaq kənd həyatına keçid edib əkinçiliklə məşğul olmuşlar.

Qarabağ bəylərbəyliyinin tərkibində də Bayat adlı nahiyə vardı. Bu nahiyənin mərkəzi Bayat kəndi idi. Orta çağlarda Bayat kəndində məscid, hamam və bazar qərar tuturdu.

Şah İsmayıl Xətai ölkəni vahid dövlət halında birləşdirəndən sonra yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Elə məhz ona görə də hazırda bir sıra rayonlarda eyniadlı kəndlər vardır, onların hər birinin kökü eynidir.

Bu toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır.

Hətta aşağıdakı bayatılar da Bayat tayfasına aiddir:

Aşığam o Bayadı,
El yadı, oba yadı.
Siz olun el-obalı,
Biz olaq oba yadı.

Əzizim Bayatlardan,
Xəbər ver, Bayatlardan.
Aşiqin dərdinə dərman
Tapılır bəy əttardan.

Aşıq, Bayat elləri,
Yarım saya telləri.
Çək ağzım, bas gözümü,
Qayıt, oyat elləri...

Həmçinin Ağcabədi Qarabağın dayağı olan bayatların, kəbirlilərin, şahsevənlərin, 32-lərin, afşarların məskunlaşdığı qədim türk köklü tayfaların ərazisidir. Qarabağ xanı olan Pənahəli xan Ağcabədi rayonunun Boyad kəndində 1747-1748-ci illərdə Boyat qalasını tikdirmişdir. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən deyir : "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq getdik".

Bir zamanların bəy evi, tarixi boyat məktəbi...

Tarixi Boyat məktəbi Azərbaycan ziyalısı, vəkil Mirzəli bəy Behbudov yaşadığı mənzil olub. 1937-ci ilin "Qanlı Repressiya" vaxtı Quba qəzasında vəkil kimi işləyib. O, həm də dünyanı qızıl səsi ilə fəth edən Rəşid Behbudovun əmisi idi. Mənzil alt-üst olmaqla, ümumilikdə 16 otaqdan ibarətdir. Böyük həyatyanı sahəsi olan binanın yanından tarixi kəhriz suları keçirmiş. Bəyin bütün yaxın qohumları bu mənzildə yaşamışlar.

Bir az haşiyədən kənar

Günlərin bir günü Mirzalı bəy əmisi oğlu Məcid Behbudovla nahar edirmiş. Bəy çox israr edir ki, nədən ailə qurmursan? Məcid bəydə cavab edir ki, mən üzünü görmədiyim xanımla ailə qurmaram. O dövürdə xanımlar çarşabda olduqları üçün üzləri görsənmirmiş. Birdən bəyin naibi gəlir ki, bəs arşın mal alan gəlib. Mirzalı bəy təbəssümlə Məcid bəyə deyir ki, səninki gəldi. O da tam anlamır bəy buna nə deyir. Mirzalı bəy deyir ki, get qıraqdan pəncərdən bax, görəcəksən ki, arşın malçının yanında xanımlar çarşabların çıxarırlar. Sən də rahat öz yarını tapa bilərsən. Bundan sonra Məcid bəy arşın malçının qiyafəsini geyinib xanmlara arşın mal satanda öz xanmını seçə bilir. O izdivacdan Rəşid bəy Behbudov doğulur. Bəyin digər qohumu Üzeyir Hacıbəyov 1913-cü ildə son operettaası "Arşın mal alan"ı yazır. 1945-ci ildə arşın mal alan filmində baş rolu oynayır ki, bu da təsadüfi hadisə deyil.

Ağcabədi rayonunun Boyat kənd məktəbi 1958-ci ildən orta məktəb kimi fəaliyyət göstərir və bu kəndin qəhrəman oğlu Hikmət Əliyevin adını daşıyır. Qəhramanlığını sayğı ilə anır, ruhu qarşısında baş əyirik. Məktəbin ilk direktoru Məmmədov Oqtay olub. Maraqlı tarix təkrarlanır desək yanılmarıq. Məktəbin hazırkı direktoru da Oqtay müəllimin nəvəsi Məleykə Kərimovadır. Bu Boyat məktəbindən, həyat məktəbindən onlarla ziyalı, həkim, vəkil, müəllim, hakim və s. yetişmiş, elinə-obasına, yurduna yuvasına öz töhfələrini vermişlər.

Mustafa Kamal Atatürk müəllim peşəsinə yüksək qiymət verərək deyirdi: "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır". Həqiqətən də cəmiyyət üçün belə peşəkar kadrlar yetişdirmiş bir məktəbin müəllimlərinin də necə mütəxəssis olduqları, öz işığı ilə şagirdlərinə necə yol olduqları bir daha sübut olunur.

Atalar sözündə deyildiyi kimi, müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir. Haqqında söz açdığım bu tarixi məktəbin müəllimi olmuş babam Səmədov Savalan haqqında az da olsa nəsə yazmaq mənim üçün böyük məsuliyyətdir. Eləcə də həmişə mənimlə fəxr etmiş babam haqda yazmaq qürurvericidir! İllər boyu Boyat məktəbinin vacib sütunu olmuş babamı bu məktəbi bitirən hər kəs bir xoş xatirəsində yad edir. Onun üçün təhsil almaq, kitab oxumaq, şahmatla məşğul olmaq hobbi idi. O dəyərlərin altında bütün nəvələri babamızın ziyasını qoruyuruq. Fəxr yerim, idealım babam, səni sayğı və hörmətlə anır Aydın! O Aydın ki, bütün şəxsi kitabxananı ona hələ orta məktəbdə oxuyanda oxutmuşdun. Özümdə güc-qüvvət tapıb sənlə olan xatirələrmizi kitab halında çap etdirmək məqsədimdir. İnandığımız bizləri ruhun qarşısında utandırmasın.

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim çox şərəfli peşə, bir o qədər də məsuliyyətli işdir. L.N.Tolstoy yazır ki, əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə,o, kamil müəllimdir.

Haqqında söz açdığım Ağcabədi rayonun Boyat kənd orta məktəbinin özü qədər dərin iz qoyan qocaman müəllimi, ziyalısı Səmədov Savalan başda olmaqla dünyasını dəyişmiş bütün müəllimlərini hörmətlə anıram. Hazırda fəaliyyətini davam etdirəm bütün heyətinə isə şərəfli peşə fəaliyyətində uğurlar arzu edirəm. Nə yaxşı ki, siz müəllimlər varsınız!
Tarix yazan qədim boyatlar – o illərin məktəbi...!Tarix yazan qədim boyatlar – o illərin məktəbi...!Tarix yazan qədim boyatlar – o illərin məktəbi...!Aydın Tağıyev

Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2444   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Məhəbbət Kazımovun oğlu atasından danışdı: "Ən böyük arzusu Laçına getmək idi"

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günündə vəfat edib. Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , "Laçın" instrumental ansamblının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillə

28 yanvar