Səhiyyə Nazirliyi məktəblərdə koronavirusla bağlı vəziyyəti AÇIQLADI

Səhiyyə Nazirliyi məktəblərdə koronavirusla bağlı vəziyyəti AÇIQLADISəhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında danışıb.

Sonxeber.az xəbər verir ki, şöbə müdiri Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" müvafiq qərar imzaladığını vurğulayıb.

N.Mürsəlova Səhiyyə Nazirliyinin təhsil prosesinin davam etdirilməsinin təşkili istiqamətində atdığı addımlardan söhbət açıb. Şöbə müdiri qeyd edib ki, sözügedən qərarın icrası məqsədilə Səhiyyə Nazirliyi ilə birlikdə "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları" hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu qaydalar ÜST-ün "COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələri" və Azərbaycanda COVID-19 infeksiyasının yayılmasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.

N.Mürsəlova uşaqlarını təhsil müəssəsinə göndərən valideynlərə bir neçə məsləhət verib: "Əgər valideyn uşaqda xəstəliyin simptomlarını müşahidə edirsə, uşaq COVID-19-a görə laborator müayinədən keçmiş və nəticəsi pozitiv çıxmışdırsa, ailə üzvlərinin birində test nəticəsi pozitiv çıxıb və ya xəstələnib və sağalmışdırsa, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməmişdirsə, bu zaman valideyndən övladının təhsil müəssisəsinə göndərilməməsi tələb olunur".

Tələbədə xəstəlik şübhəsini yaradan simptomlar haqqında danışan şöbə müdiri deyib ki, uşaq və ya gəncdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edilərsə və ya xəstəliyin hər hansı əlamətləri (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.) müşahidə olunarsa, təhsil müəssisəsinin rəhbəri ilk olaraq, uşağın və ya gəncin valideyninə və eyni zamanda müəssisənin tibb nümayəndəsinə bu barədə məlumat verməli və uşağın izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirməlidir: "Uşaqla təmasda olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün onlar fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri və baxil) istifadə etməlidirlər və karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılmalı və otaq havalandırılmalıdır. Uşaq və ya gənc bu otağı tərk etdikdən sonra otaq 3 saat istifadəsiz saxlanılmalı və 3 saatdan sonra təmizlənib, dezinfeksiya edilməliyini vurğulayan Nəzifə Mürsəlova növbəti məsələyə keçib. Bu mövzu təhsil müəssisəsində yoluxma halları kütləvi xarakter daşısa, görülməli tədbirlərə aid olub. Nəzifə xanım qeyd edib ki, kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətinin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır".

Şöbə müdiri təhsil müəssisələrində COVID-19 virusuna yoluxma riskini azaltmaq üçün həyata keçirilən profilaktik tədbirlər mövzusuna da vaxt ayırıb: "5-ci sinifdən başlayaraq təhsilalanların təhsil müəssisəsində maskadan istifadə etməsi məcburidir, 1-4 siniflərin şagirdləri isə təhsil müəssisəsində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Təhsil müəssisənə daxil olan hər şəxsin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin şəxsin müəssisəyə daxil olmasına yol verilməməlidir. Hər bir sinfə (qrupa) bütün dərs günü ərzində istifadəsi üçün bir sinif otağı və ya auditoriya ayrılır, aralarında 1.5 metr məsafə ilə yerləşdirilən partaların arxasında yalnız bir nəfərin oturmasına icazə verilir".

N.Mürsəlova xüsusi karantin rejimi dövründə məktəblərdə həyata keçirilən bir neçə dəyişikliklər haqqında danışıb: "İlk növbədə dərs qrafiki dəyişdirilib. Yəni sinifdə şağirdlərin sayı 10-12 nəfərə qədər azaldılıb, hər bir sinif şağirdləri yarıya bölünərək, növbəli qaydada (səhər/günorta) dərslərdə əyani şəkildə iştirak etməkləri nəzərdə tutulub. Bundan əlavə, əyani formada keçirilən dərs məşğələlərinin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimuma endirilib. Bir cox məktəblərdə "şahmat cədvəlinin" tətbiq olunması planlaşdırılıb. Bundan sonra Nəzifə xanım dərslərarası fasilələrin vaxtının uzadılması haqqında məlumat verib".

Onun sözlərinə görə, fasilələr 10 dəqiqəyə qədər uzadılıb və bu müddət ərzində şagirdlərin imkan daxilində təmiz hava alması tövsiyə olunub.

N.Mürsəlova fasilə müddətində sinif otağında pəncərələrin (mümkün olduğu halda) açıq saxlanmalı, sinif otaqlarının havasını mütəmadi dəyişdirilməli olduğunu vurğulayıb. Həmçinin yeməkxanaların fəalliyətinin dayandırılması da qeyd olunub. Təhsilalanların sinif otaqlarında qidalanması təşkil edilməli, hər bir valideynin uşağı məktəbə göndərdikdə onun su və qida ilə təmin olunmasına əmin olmalıdır.

Kənar şəxslərin məktəbə girişinə məhdudiyyət qoyulduğunu qeyd edən şöbə müdiri bildirib ki, təhsilalanların valideynlər və digər qanuni nüməyəndələrin məktəbə girişi tam qadağan olunub: "Gündəlik olaraq növbələrarası fasilələrdə partalar (masalar), qapı və pəncərə tutacaqlarının ilkin təmizlənməsi və dezinfeksiyası tələb olunur, həftəsonları isə təhsil müəssisəsində tam və əsaslı dezinfeksiya işləri aparılmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2086   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?

Martın 3-də keçirilən imtahanın nəticəsi növbəti həftə ərzində açıqlanacaq. Bu barədə Trend-in sualına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, martın 10-da olan imtahanın nəticəsinin isə aprelin 8-dən sonra elan ediləcək. Xatırıladaq ki, Dövlət İmtahan Mərkəzi martın 3-d

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki

29 mart
.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı

29 mart