DİM-dən keçid balının 81 olması ilə bağlı AÇIQLAMA

DİM-dən keçid balının 81 olması ilə bağlı AÇIQLAMADövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edən abituriyent və subbakalavrlara müraciət edib.

DİM-dən Sonxeber.az-a bildirilib ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə (ümumi orta müvəffəqiyyət göstəricisi) əsasında yerləşdirilməsi aparılır.

Məlum olduğu kimi, qəbul qaydalarına əsasən orta ixtisas təhsili pilləsi üzrə "subbakalavr" peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisas uyğun olan ixtisasları seçə bilirlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə boş plan yeri qalarsa, subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır.

Burada eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə əvvəlcə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), bu göstərici də eyni olduğu təqdirdə attestata fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Müsabiqənin nəticələri elan olunarkən DİM tərəfindən abituriyentə təqdim olunan arayışda onun ərizəsində qeyd etdiyi ixtisaslara qəbul üzrə minimal keçid balları da əksini tapır. Minimal keçid balları "Abituriyent" jurnalının 7-ci sayında da təqdim olunur. Burada hər hansı bir ixtisasa abituriyentlərlə yanaşı, subbakalavrlar da qəbul olubsa, keçid balı kimi ən aşağı göstəriciyə malik subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (balı) də qeyd olunur. Yəni yuxarıdakı qaydaya uyğun olaraq (eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınır) hər hansı bir ixtisasa ən aşağı balla qəbul olunan subbakalavrın ÜOMG-si də göstərilir.

Dünən sosial şəbəkələrdə və müəyyən xəbər saytlarında süni diqqət toplamaq üçün subbakalavrların ÜOMG-si qəbul imtahanından toplanılan bal kimi qeyd olunub və bu da bəzi ixtisaslara keçid balları ilə bağlı yanlış təəssüratın yaranmasına səbəb olur.

Bir daha qeyd edirik ki, subbakalavrlar qəbul imtahanında iştirak etmədən müsabiqəyə qoşulurlar və hər hansı bir ixtisasa subbakalavr qəbul olubsa, həmin ixtisas üzrə keçid balı kimi göstərilən bal qəbul imtahanı balı deyil, subbakalavrın kollec təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisidir.

Nümunə kimi bir subbakalavrın müsabiqə nəticələri haqqında arayışının fotosurətini aşağıda təqdim edirik. Subbakalavrın ÜOMG-si 81,5944 baldır və müsabiqədən keçməyib. Onun ərizəsində qeyd elədiyi 1-ci ixtisasa ən aşağı balla qəbul olan abituriyent olub və minimal keçid balı 188,5 baldır. İkinci yazdığı ixtisasa da ən aşağı balla abituriyent qəbul olub və minimal bal keçid balı 211,6 baldır. 3-cü yazılan ixtisasa isə ən sonuncu qəbul olan subbakalavrdır və ona görə də ixtisas üzrə "minimal keçid balı sətrində" həmin subbakalavrın ÜOMG-si (91,3556) göstərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1997   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart