Yaşar Nurinin qızı: "Hələ qudurmamışam ki, restoran açım"
Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu.
Dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələri pandemiyanın maddi durumlarına etdiyi mənfi təsirlərdən gileylənməyə başladılar. Evlərini, maşınlarını satışa çıxaranlar kim, yeni biznes qurmağa cəhd edənlər kim…
Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı pandemiya dövründə bütün sənət adamları kimi çətinlik çəkdiyini deyib:
"Məndə vəziyyət o qədər də yaxşı deyil, bütün müğənnilər necədirsə, mən də eləyəm. Hazırda heç kəsdə vəziyyət yaxşı deyil, amma yaxşı dostlar sağ olsun. Onların dəstəyi ilə birtəhər yaşaya bilirəm. Əlavə gəlir yerim, şəxsi biznesim yoxdur. Çox adam restoranla bağlı suallar verir, ora mənim dostumun məkanıdır. Mən sadəcə orada art-direktor və menecerəm. Mənim o boyda pulum yoxdur ki, özümə restoran açım, o qədər qudurmamışam".
Müğənni maddi çətinlikləri olsa da, evini, maşınını satışa çıxarmadığını bildirib:
"Pandemiya elə bir dövrdür ki, hamı çətinlik çəkir. Kim deyirsə, "mən əla dolanmışam" inanmıram. Ola bilər ki, kiminsə ehtiyatda pulu olub, bu, başqa şeydir. Amma ümumi danışsaq, hamıda vəziyyət pisdir. Hələ ki, heç nəyimi satışa çıxarmamışam, satmaq fikrim yoxdur. Gələcəkdə vəziyyət pisləşsə, bəlkə mən də sataram, bilmirəm".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXalq artisti ABŞ-da alış-veriş mərkəzində muğam oxudu
Xalq artisti Gülyanaq Məmmədova Amerikaya səfərə gedib. Sosial şəbəkələrdə müğənninin alış-veriş mərkəzlərindən birində yapon pianoçunun müşaiyəti ilə muğam oxumasını əks etdirən görüntüləri yayımlanıb. -a açıqlama verən Xalq artisti bildirib ki, Novruz bayramı münasibəti ilə bir neçə şəhərdə konser
19 martAlla Puqaçovanın əri ona məbəd tikdirəcək
Alla Puqaçovanın əri Maksim Qalkin ona qotik məbəd tikdirməyi planlaşdırır. xəbər verir ki, məbəd "Qryazi" kəndində cütlüyün qəsri yanında tikiləcək və onunla bir kompleks təşkil edəcək. İçərisi pravoslav kilsə kimi düzələnəcək məbədin qarşısında park salinması nəzərdə tutulub. Qalkin məbəd
22 mart"Bilsəydim, səni dünyaya gətirməzdim..." - Aybəniz Haşımova
"Deyirlər insan yaşa dolduqca çox şeyi unudur. Yaddaşından çox hadisələr, yaşantılar bir-bir silinməyə başlayır. Amma çox xatirələr var ki, hələ də yadımdadır. Hətta onları unutmaq belə istəmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Müğənn
23 martTerror zamanı məşhur aktyor da orada olub
Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo
24 mart10 illik evlilikləri bitir
Türkiyənin məşhur futbol məşqçisi Fatih Terimin kiçik qızı Buse Terim Volkan Bahçekapılıdan boşanmaq qərarına gəlib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha əvvəl evliliklərinə ikinci şans verən cütlüyün boşanma işinə bu gün İstanbul 3-cü Ailə Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2014-c
26 martAygün Kazımova konserti təxirə düşən Röyadan GÖRÜN NƏ YAZDI
"Moskvada baş verən dəhşətli hücumda həlak olanların ailələrinə Allahdan səbr, yaralılara tezliklə sağalmalarını diləyirəm". xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova instagram hesabındakı paylaşımında qeyd edib. O, həmçinin, Emin Ağalarov və konserti təxirə düşən həmkarı Röy
23 mart