Prezident bəyan etdi: Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdə bir neçə məsələyə toxunub. Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı fikirlərini bölüşüb. O bildirib ki, Prezident hər zaman olduğu kimi, bir daha Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu bəyan edib: "Ermənistanın təcavüzkar təxribatlarından danışan Prezident, Ali Baş Komandan İlham Əliyev düşmənin bu davranışları ilə danışıqları mənasız etdiyini bildirdi. Onların bilərəkdən danışıqlar prosesini pozması və Dağlıq Qarabağdan olan separatçıları danışıqlara cəlb etmək istəməsi danışıqların formatını dəyişməyə çalışmaqdan xəbər verir. Ulu Öndərimizin diplomatik səylərini uğurla davam etdirən Prezident uzun illərdir ki, Ermənistanın işğala son qoyması üçün çalışır. Lakin işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını təmin etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu prosesdə ciddi addımlar atmırlar".
Deputatın fikrincə, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsindən hələ də istifadə edir: "Ermənistan hakimiyyəti Azərbaycanla şərtlərlə danışsa da, hər dəfə layiqli cavabını alır. Cənab Prezidentimizin də dediyi kimi, əgər Ermənistan danışıqlara getmirsə, Azərbaycan da buna təkid etməyəcək. Çünki Azərbaycanın güclü ordusu var və istənilən an öz ərazi bütövlüyünü bərpa edə bilər".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 4166 Tarix: 25 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşOmbudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb
28 martAzərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy
22 mart"Bu il bu proses davam edəcək"
"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin
18 martGürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas
16 martƏrdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v
22 mart