Səfərbərlik Xidməti MƏLUMAT YAYDI

Səfərbərlik Xidməti MƏLUMAT YAYDIAzərbaycan Respublikasında 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Dövlət Xidmətindən Sonxeber.az-a bildirilib ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) "Elektron xidmət" bölməsinin "Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar" alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 18006   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel