Azərbaycan Premyer Liqası: "Səbail" qələbə qazandı
Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.
Sonxeber.az xəbər verir ki, ikinci oyun gününün birinci qarşılaşmasında "Səbail" klubu "Sabah" komandasını qəbul edib.
"ASCO Arena"da oynanılan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Oyunda hesabı qonaqlar açıb. Matçın 27-ci dəqiqəsində Ramil Şeydayev hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.
Fasilədən sonra "Səbail" geri dönüş edərək ardıcıl iki dəfə fərqlənməyə nail olub. Qolları müvafiq olaraq Əfran İsmayılov (56) və Rauf Əliyev (71) vurublar.
Hazırda "Sabah"ın 4 oyundan 9, "Sabah"ın isə 3 xalı var.
İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqi də "Sabah"ın xeyrinədir - 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. "Səbail" isə son iki ev matçında qol vurmağı bacarıb.
Günün digər oyununda "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda Yunis Hüseynovun rəhbərlik etdiyi komanda 5 xalla 5-cidir. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə 4 xalla 6-cı yerdə gedir.
Qeyd edək ki, tura sentyabrın 25-də start verilib. Son çempion "Qarabağ" səfərdə "Sumqayıt"a heç-heçə edib.(Teleqraf.com)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 2659 Tarix: 26 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor
24 martAvropanın ən bahalı oyunçularının simvolik komandası - SİYAHI
Transfermarkt Avropanın ən bahalı oyunçularından ibarət simvolik komandasını hazırlayıb. xarici mediaya istinadla həmin komanda üzvlərini təqdim edir. Qapıçı: Dioqa Koşta 945 milyon avro, Portuqaliya). Müdafiəçilər: Yoşko Qvardiol (75 milyon avro, Xorvatiya), Ruben Diaş (80 milyon avro, Portuqaliya)
25 martDani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?
Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu
26 mart"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy
20 mart"Qarabağ" sabah çempion ola bilər
"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"
28 martLaporta: "Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur"
"Barselona" prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar. Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib. "Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq v
24 mart