Dövlət Xidməti bəzi xarici saytlarda yer alan məlumatları təkzib edib

Dövlət Xidməti bəzi xarici saytlarda yer alan məlumatları təkzib edibBu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Dövlət Xidmətindən Sonxeber.az-a bildirilib ki, hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

"Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əminamanlıq şəraitində yaşayır. Bəzi xarici saytlar, informasiya agentlikləri və sosial şəbəkə istifadəçiləri təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir.

Bildiririk ki, zərurət yarandığı halda etnik mənşəyindən aslı olmayaraq ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb ediləcəkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2883   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb. Prezident İlham Əliyev göstərilə

9 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel
.

Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

8 aprel