Mədəniyyət xadimləri ordumuza dəstək nümayiş etdirirlər

Mədəniyyət xadimləri ordumuza dəstək nümayiş etdirirlərMəlum olduğu kimi, sentabrın 27-də Ermənistan silahlı qüvvələri yenidən genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Xain düşmənin təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi və hərbçilərimiz arasında həlak olanlar və yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin!

Bu barədə mədəniyyət xadimləri müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

Beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatı Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılanır.

Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və təxribatları nəticəsində ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələnmişdir.

Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi və çoxsaylı mədəniyyət sərvətimiz talan və məhv edilmişdir.

Ermənistanın Azərbaycan və dünya mədəniyyətinə qarşı vandalizm aktları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına, "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılıq və təcavüzkar fəaliyyətləri davam edir.

Belə həssas zamanda mənfur düşmən dövlətimizə qarşı aktiv və provakativ informasiya müharibəsi aparır. Ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxır, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.

Hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.

Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.

Unutmayaq ki, tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.

Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!

Biz birlikdə güclüyük! Zəfər bizimlədir!

Tahir Salahov – SSRİ və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti
Zeynəb Xanlarova – SSRİ və Azərbaycanın Xalq artisti
Fidan Qasımova – SSRİ və Azərbaycanın Xalq artisti
Fərhad Bədəlbəyli – SSRİ və Azərbaycanın Xalq artisti
Ömər Eldarov- Xalq rəssamı, ADRA rektoru, akademik
Fərhad Xəlilov – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərpaşa Nemətov- Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, rejissor
Firəngiz Əlizadə – Bəstəkarlar İttifaqının sədri, Xalq artisti
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, İttifaqının sədri, Xalq artisti
Məhərrəm Qasımlı – Əməkdar Elm Xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri
Elçin Əfəndiyev - Xalq yazıçısı
Kamal Abdullayev -Xalq yazıçısı
Çingiz Abdullayev- Xalq yazıçısı
Nəriman Həsənzadə-Xalq şairi
Afaq Məsud-Xalq yazıçısı
Ramiz Rövşən -Xalq şairi
Mövlud Süleymanlı -Xalq yazıçısı
Sabir Rüstəmxanlı -Xalq şairi
Vahid Əziz - Xalq şairi
Arif Babayev - Xalq artisti, xanəndə
Əlibaba Məmmədov - Xalq artisti, xanəndə
Xuraman Qasımova – Xalq artisti, opera müğənnisi
Tofiq Bakıxanov- Xalq artisti, bəstəkar
Rauf Abdullayev - Xalq artisti, dirijor
Siyavuş Kərimi - Xalq artisti, bəstəkar
Fərəc Qarayev - Xalq artisti, bəstəkar
Eldar Quliyev - Xalq artisti
Oqtay Mir-Qasım- Xalq artisti
Ramiz Fətəliyev - Xalq artisti
Aydın Kazımzadə - Xalq artisti
Vasif Babayev- Xalq artisti
Vaqif Mustafayev- Xalq artisti
Rasim Balayev- Xalq artisti
Həmidə Ömərova- Xalq artisti
Natiq Rəsulzadə- Xalq yazıçısı, kinodramaturq
Sərdar Fərəcov - Xalq artisti, bəstəkar
Faiq Sucəddinov - Xalq artisti, bəstəkar
Rəfiqə Axundova - Xalq artisti, baletmeyster
Maqsud Məmmədov - Xalq artisti, baletmeyster
Fəxrəddin Kərimov - Xalq artisti, dirijor
Ramiz Quliyev - Xalq artisti, tarzən
Azər Zeynalov - Xalq artisti, opera müğənnisi
Alim Qasımov - Xalq artisti, xanəndə
Mənsum İbrahimov - Xalq artisti, xanəndə
Elçin Əzizov - Xalq artisti, vokalçı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2124   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel
.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral