Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib

Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edibRusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhə xətti boyunca yerləşən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından atəşə tutulması və bunun nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçularının və mülki vətəndaşlarının öldürülməsi və yaralanması ilə əlaqədar bəyanatla çıxış edib.

"Ermənistan bir daha bölgədəki sülhə və sabitliyə qarşı olduğunu nümayiş etdirdi", - deyə diaspor təşkilatının açıqlamasında qeyd olunur.

Qeyd olunur ki, Rusiya Federasiyasının böyük Azərbaycan diasporası Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərinə qəsdən və məqsədyönlü hücumlarını qətiyyətlə pisləyir.

Bəyanatın mətnində vurğulanır ki, mövcud vəziyyət üçün bütün məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi - şəxsən N. Paşinyan və onun tərəfdarları daşıyır.

"Biz bütün fəaliyyətini Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirmək və ərazi bütövlüyünü, suverenliyini qorumağa həsr etmiş, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdə cəfəng hərəkətlərinə və bəyanatlarına layiqli cavablar verən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət kursunu tam dəstəkləyirik və təqdir edirik.

Biz Rusiya və dünya ictimaiyyətini Ermənistan rəhbərliyinin apardığı, həm bölgə ölkələri, həm də xalqları və bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək təhlükəli siyasətini qətiyyətlə pisləməyə çağırırıq!", - deyə bəyanatda qeyd olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5375   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel