Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıb

Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıbMəlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iri çaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilmiş, yaralanmış, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulması nəticəsində mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsinə etiraz bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Bu hərbi təcavüz nəticəsində Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəaları kobud şəkildə pozulub.

Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.

Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalı, xüsusi beynəlxalq tribunal yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4035   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021