"Azəriqaz"dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama

"Azəriqaz"dan cəbhə zonasının qaz təchizatı ilə bağlı açıqlama"Azəriqaz" İstehsalat Birliyində yaradılan Xüsusi Qərargah baş verənləri diqqətdə saxlayır və cəbhə xətti boyu qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib.

"Azəriqaz"dan Sonxeber.az-a verilən məlumata görə, son sutka ərzində Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsi Tərtər Regional qaz istismarı İdarəsindən operativ olaraq məlumatları əldə edir və bu barədə Xüsusi Qərargah lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verir. Düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunun Borsunlu kəndində 57 mm, Hüləbəndi kəndində ŞQTM tipli qaz tənzimləyicisi, Tərtər şəhərinin Sahil küçəsində 30, 40 və 159 mm, Babək küçəsində 57 və 76 mm, H. Əliyev prospektində 108 və 159 mm diametrində olan qaz xətləri və avadanlıq zədələnib.

Bundan başqa döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb:

27.09.2020-ci il tarixində saat 07:45-dən cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar Füzuli və Tərtər rayonlarının qaz təchizatı dayandırılıb;

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı 27.09.2020-ci il tarixində saat 08:00-dən etibarən dayandırılıb;

27.09.2020-ci il tarixində saat 07:50-dən Beyləqan rayonunun 9 kəndi və 10 qəsəbəsinin qaz təchizatı dayandırılıb;

27.09.2020-ci il tarixdə saat 07:42-dən Ağcabədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə qazın verilməsi təmin edilib. Bundan başqa, sentyabrın 27-də "Ağdam 4 yol ölçü qovşağı"ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də "Quzanlı ölçü qovşağı"ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhərinin intensiv atəşə tutulması nəticəsində düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1786   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel